SƏbzi Qovurma

Son güncelleme: 14.11.2009 01:39
  • Qoyun əti 330 q, baş soğan 50 q, ərinmiş yağ 25 q, abqora 10 q, və ya limon turşusu - 0,3 q, zəfəran - 0,1 q, göyərti 200 q (ispanaq və turşəng 50 q, keşniş və şüyüd 50 q, kəvər 50 q, göy soğan 50 q, istiot, duz. Qoyun ətinin bud hissəsi əvvəlcə sümükdən ayrılır və 25-35 qramlıq tikələrə kəsilir. Ətə duz və istiot vurulub qızardılır. Sonra yağda qızardılmış soğan, zəfəran şirəsi, limon turşusu və ya abqora ilə birlikdə öz buğunda bişirilir. Hazır olmasına 5 dəqiqə qalmış doğranmış göyərti (ispanaq, turşəng, keşniş, şüyüd, kəvər, göy soğan) qatılır. Süfrəyə verdikdə yanına qatıq qoyulur.
#14.11.2009 01:39 0 0 0