Əsasən Azər sözünün mənasını OD olaraq qəbul edirlər. Yaxşi əgər Azər Od deməkdirsə. Azərbaycan nə deməkdir ? Yeni Azərbaycan sözünün mənasi ?
Azərbaycan - Adər(Azər) - Qədim türk tayfasi / Bay - Bəy / Can - Məskən !
yəni Adər(Azər) bəylərinin Məskəni !
Bəs indi Sual verə bilərsiz Azərilər kimlərdir ?
Iranin güneyində yaşayan fars tayfalarıdır Azərilər . Hətta Iranin cənubunda Azəri deyə bir kənd var .(internetdə araşdırsanız mütləq taparsınız) . O kənddə ki, Insanlar özlərini Azərilər adlandırılır. O zaman Biz Farsıq ? yox heç bir mənasi yoxdu. Biz Türkük. Azərbaycan Türkü . !
Güney Azerbaycanimizda adi bir Azərbaycan Türkünə yaxınlaşıb soruşsanız haralısan?millətin kimdi? o dəqiqə Türkəm qardaş , Azərbaycan Türküyəm deyə cavab verir. Lakin Müstəqil Azərbaycanimizda bu məsələ ilə bağlı bir az problemlərimiz var.
Stalinin ve ya Sovetlər birliyinin təsiri , bizi Digər Türk dovlətlərindən, Türk qollarindan ayirmaq siyasəti , yəni bu qədərmi bizə işlədi ? bu qədərmi biz Ruslarin təsiri altinda qaldiq ?
Bəli SSRİ buna tam da olmasa amma müəyyən qədər nail oldu.Məhs bu gün yaşadımız milli sorunlar hamısı onlarla bağlı
Azəri sözü bizlər üçün çoxda böyük bir təhlükə olmasa da amma o qədərdə yaxşı bir şey deyil. Indi hər hansi bir Azərbaycan gəncindən soruşduğunda millətin kimdi ? Qürurla TÜRK . AZƏRBAYCAN TÜRKÜ deməkdənsə azəri ( hər hansi bir fars tayfasi ) deməsi nə gədər utancvericidir.O üzdəndə bu kəlmənin aramızda yalnış olaraq yayılmasının qarşısını almalıyıq.