Qoz- 200-300 qram
Soğan - 4-5 ədəd
Alça turşusu (rub)( bəzən buna Bakı tərəfdə palçıq turşusud a deyirlər) - 2 xörək qaşığı
Duz, istiot, darçın(ətirli olması üçün)
Ləvəngini hazırlamaq üçün əvvəlcə qozu ət maşınında çəkirsiz. Daha sonra soğanları ət maşınında çəkirsiniz. Soğanı çəkəndən sonra tənzifdən keçirib, suyunu çıxarırsınız. Daha sonra soğanı,çəkilmiş qozu qarışdırıb üzərinə alça turşusunu da əlavə edirsiz. Daha sonra duz, istiot və darçını da əlavə edib yaxşıca qarışdırırsınız. Alınan qarışığı toyuğun, ördəyin, balığın içinə doldurub bişirirsiniz. Ləvəngi acı olarsa, günah sizdədir. Soğanı mütləq tənzifdən keçirin !!!
Nuş olsun.
Turşu kabab
Lazım olan ərzaqlar:
Ət - 300-500 qram
Cəfəri(petruşka) - 1 dəstə
Soğan - 2-3 ədəd
Ərik qurusu(qaysı) - 200 qram
Alça qurusu - 100 qram
Duz, istiot
Əvvəlcə əti, cəfərini və soğanı birlikdə döyüb, üzərinə duz və istiot töküb qarışdırırıq və küftələr hazırlayırıq (xırda-xırda). Bir qədər cəfərini ayrılıqda narın döyüb suyunu sıxıb saxlayırlar, özünü isə yağ əlavə edilmiş qabda qovura-qovura üzərinə abqora(ərik və alça qurusu) əlavə edirlər. Qovurulmuş cəfərinin üzərinə su tökür, qaynamağa başlayanda isə küftələri əlavə edib, azacıq istidə bişiririk. Əgər küftə bişib, suyu azalıb və yağa düşübsə, cəfərinin suyunu onun üzərinə töküb 1 neçə dəqiqə qaynadırıq.
Turşu kababı plovla yeyirsiz.
Nuş olsun !
Fisincan
Lazım olan ərzaqlar:
Toyuq - 1 ədəd
Soğan - 4 -5 ədəd
Nar - 3-4 ədəd
Qara turşu (rub, lavaşa) - 200 qram
Balqabaq - 1 ədəd (balaca olsa daha yaxşıdır)
Duz
Qoz - 300 qram (döyülmüş formada)
Əvvəlcə toyuğun üzərinə 4-5 baş quru soğan, 3-4 dənə yarılmış turş nar, qara turşu, duz, 2-3 dilim boranı qatıb üzərinə su tökürük. Bütün bunların üztünə odda qızardılmış nal və yaxud da dəmir parçası ataraq qaynadırıq. Toyuq bişəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri çıxarırıq. qalan suyu süzür, nar gilələrini isə atırıq. Boranı ilə soğanı birlikdə əzirik. Daha sonra əzilmiş hissəni döyülmüş qozla qarışdırırıq. Sonra da bunları süzdüyümüz su ilə qaynadırırq. Daha sonra alınan qarışığın üzərinə toyuğu da əlavə edib dəmə qoyuruq. Fisincan plovla yeyilir .
Nuş olsun !
Badımcan dolması
Lazım olan ərzaqlar:
Badımcan
Pomidor
Bolqar bibəri
Dana əti
Soğan
Tomat pastası
Qoz
Əvvəl badımcanı təmizləyirik, daha sonra kənarlarını 4-5 yerdən bıçaqla çərtirik. Sonra onu sıxıb acısını çıxarırıq. Üzərinə ağır əşya da qoya bilərsiz ki, acı suyu çıxsın.
Bu ərəfədə əti, qozu və soğanı ayrı-ayrılıqda ət maşınından keçiririk.
Qozu və soğanın bir hissəsini qarışdırıqıq. Amma öncə soğanı da tənzifdən keçirməli və suyunu çıxarmalısız.
Çəkilmiş əti tavada bişiririk (qiymə kimi).
Suyu çıxan badımcanı daha sonra duzlayırıq və tavada qızardırıq. Daha sonra bir hissəsinə ət, digərinə isə qozla-soğan qarışığını doldururq. (Eyni addımı pomidor və bibərlə də etmək olur. Sadəcə pomidor və bibərin içini doldurursuz). Daha sonra bunları iri tavada bişirirsiz.
Dolmanız hazırdır.