Leyli Məcnunun nəyi idi

Son güncelleme:
  • Lisey son sinif şagirdləri ədəbiyyat dərsində son bir həftədir məşhur "Leyli və Məcnun" əsərini hazırlaşırdılar. Ən incə detallarına qədər mövzu ələ alındı. Artıq son dərsin son dəqiqələri idi. Müəllim sinifə soruşdu:

    "Uşaqlar son olaraq soruşmaq ya da əlavə etmək istədiyiniz bir şey varmı?"

    Arxa sıralardan bir şagird söz istədi:

    "Müəllim mən hər şeyi anladım da bir mövzu var tam qavraya bilmədim. Bu Leyli Məcnunun nəyi idi görəsən?"

    Şagirdlər gülməkdən müəllim isə sinirdən huşunu itirmək üzrə idi.

    Bu lətifə ya da yaşanmış hadisə hər ağılıma gəldiyində mən də soruşaram öz özümə. Doğrudan da Leyli Məcnunun nəyi idi?

    Qız yoldaşımı? Bəlkə də çıxdığı qız, yəni görl frendi belə ola bilər. Platonikim ya da aşkımmı deyirdi sizcə Leyliyə? Kim bilər bəlkə də açmamış qönçə gülüm deməsi də böyük ehtimaldır məncə. İstəsəniz bir də şairə qulaq asaq: "Leyli bir özgə candır qara gözlü ceyrandır." Vay be...

    Leyli Məcnununa ya da Məcnun Leylisinə qovuşa bilsəydi əgər əsrlər boyu bu sevgi danışılardımı? Fərhad ilə Şirin, Romeo və Culyetta, Kərəm ilə Əsli.. Hekayənin hekayə ola bilməsi üçün yəqin bol miqdarda acı, ağrı lazımdır. Deyilmi?

    Müəllim qısa davamlı bir qarışıqlıqdan sonra özünü yığışdırdı və sinifə döndü:

    "Yoldaşlar, Leyli Məcnunun hər şeyi idi. Leyli atəş idi Məcnun pərvanə. Leyli kainat idi Məcnun böyük bir heç. Leyli torpaq idi Məcnun yağış. Leyli bir yol idi sonu olmayan Məcnun bir yolçu özünü axtaran. Leyli Məcnunun nəyi idi bilirsinizmi?

    Sinifdə səs çıxmırdı.

    "Leyli Məcnunun heç bir şeyi idi. Məcnun onsuz da Leyli idı."

    Zəng çaldı və fasilə oldu. Hamısı ağlayırdılar. Oturduqları yerlərdən dura bilmirdilər. Nə qədər çox istədilər həqiqətən sevə bilməyi ən müqəddəs mənasıyla "aşiq" ola bilməyi...

    bes siz nece Leylinizin neyisiniz?
0 0 0