Xarıbülbül çəkə bilmədi dərdi,
Eşitmişəm: inciyib, küsüb eldən...
Vaxt var idi, Qarabağda bitərdi
,İndi isə didərgin düşüb eldən...
Düzdür, çoxu inanmır heç bu hala,
Deyir: ola bilməz, belə möcüzə..
.Görəndəysə dalır fikrə-xəyala,
Ürək istər həmin acıya dözə.
Biz ondan ayrıldıq - görə bilmədik,
Amma o dözmədi bu ayrılığa.
Onu Qarabağda dərə bilmədik,
Boy atdı, kök saldı başqa torpağa...
Xarıbülbül didərgin düşdü yurddan,
Çünki yurdun yağılar ayaqladı...
Eşitdim ki, xəbər gətirib ordan:
Deyir ki, el-obam dar ayaqdadır...
Xarıbülbül, gəl, bükmə sən boynunu,
Qayıdarsan, tezliklə Qarabağa!
Bu zülmün - bu həsrətin var bir sonu
,Az qalıbdır o yurda qayıtmağa!..
gercekten buna cok ihtiyacim vardi. cok tesekkur ederim. once kayd olmadigim icin kopyalaya bilmiyordum daha sonra kayd oldum ve istedigim her seyi burada bula biliyorum
thank you very much