Deyirlər analar lay lay deyir hər gecə

Son güncelleme: 25.11.2009 20:53
  • Men sene seslenirem esit meni ay ana
    Deyirler ki analar lay lay deyir her gece
    Menki hesret qalmisam tek senin varligina
    Deyirlerki analar lay lay deyir her gece


    Ne sen dindin danisdin mende usaq olmusam
    Her gun gece yatanda aglamisam gizlice
    Ana sozu esidib bulud kimi domusam
    Deyirlerki analar lay lay deyir her gece


    Sen soyuq mezarinda men buz kimi yerimde
    Xeyalin da yox senin yox yadimda uzun de
    Bax ozune yaziram coxdu sene sozum de
    Deyirlerki analar lay lay deyir her gece

    Evvel usaq olmusam anlamayib coxunu
    Indi boyudukce men duyuram yoxlugunu
    Inanmiram hec kime soyle duzdurmu mene
    Deyirlerki analar lay lay deyir her gece


    Ne sen geldin ay ana ne men ole bilmedim
    Sen verdin bu omru mende qiya bilmedim
    Qalmisam men caresiz men hec bile bilmedim
    Deyirlerki analar lay lay deyir her gece
#25.11.2009 20:52 0 0 0
  • Bir gözəl, bir sevimli oğul böyütdü ana.
    O bəd, uğursuz günü - ərinin öldüyünü
    Bildirmədi heç ona.
    Kədəri dalğa-dalğa doldusa da ürəyə,
    Lakin nə saç yolaraq verdi əsən küləyə,
    Nə şivən etdi ana,
    Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
    Dözərək davanın da dərdinə, bəlasına,
    Öz boğazından kəsib yedirtdi balasına.
    Bir oğul böyütdü ki, çatmaqaş, gensinə,
    Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
    Atlını atdan salıb küləklərlə ötüşür,
    Baxışından qızların ürəyinə od düşür.
    Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
    Oğul instituta qızıl medalla girdi.
    Ana fikirləşdi ki, "Gör neçə aya getdi?!"
    Ana yuxularında tez-tez Bakıya getdi.
    Ana məktub yazdı ki: "Yanıltma gümanımı,
    Pul nədir, pul deyirsən, göndərərəm canımı".
    Nə zaman ki, oğlunun getdiyi dörd il oldu,
    Məktubları kəsildi, gəlmədi tətil oldu.
    Ananı fikir aldı, ananın əsdi dizi,
    Ana müqəssir etdi tramvayı, dənizi.
    O yenə dözdü, durdu... O yolmadı saçını
    Səslədi qonşuları Əsmər, Çiçək bacını.
    Yenə də azalmadı ürəkdən bala dərdi,
    Onlar oğul vermədi, onlar təsəlli verdi.
    Məktub məktub dalınca axdı, Bakıya axdı;
    Ana da məktubların dalınca baxdı, baxdı...
    Məktublarsa Bakını dolandı, gəzdi, gəzdi,
    Məktublar əzik-üzük, məktublar bezdi gəldi.
    Ana yenə də baxdı gah dolama yollara,
    Gah da oğul boynuna həsrət qalan qollara
    Ana oğul böyütdü, gur çatmaqaş, gensinə,
    Ana oğul böyütdü, özgəyə qismət oldu.
    Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
    Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
    Oğul böyütdümü o, büzmədodaq bir qıza?
    Oğul böyütdümü o, min işvəyə, min naza?
    Ana bilsəydi əgər böyütməzdi oğlunu,
    Yox, bunu yandım dedim, yenə atmazdı onu,
    Bir gözəl, bir sevimli oğul böyütdü ana.
    Ürəyində ağlayıb, gülmək öyrətdi ona.
    Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
    Qaytar onun ömrünə neçə gecə, neçə gün!
    Qaytar onun saçının qaralığını geri.
    Qaytar o dilindəki şirin-şirin sözləri!
    O sözü, o söhbəti, gülüşü anan verib,
    Ana dodaqlarından bala dodaqlarına.
    İndi ondan gen gəzən oğul ayaqlarına,
    Yerişi anan verib.
    Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
    Qaytarsan o yerişi, yerindəcə qalarsan.
    Qaytarsan o gülüşü hırıldamazsan daha,
    Qaytar, qaytar onları, qaytar, qoyma sabaha!
    Sən ki, dərd verin, oğul, sənə gülüş verənə,
    Oğul demərəm sənə!
    Deyirəm ki, o boyu, buxunu qaytar geri!
    Deyirəm ki, varını, yoxunu qaytar geri!
    Qaytar onun borcunu,
    Gülüşünü, adını, sözünü qaytar geri!
    Qaytar onun borcunu,
    O borc sənin özünsən, özünü qaytar geri!

    Alinti
#25.11.2009 20:53 0 0 0