"Qorxu içində yaşayan adam heç vaxt azad ola bilməz". (Horatius)
"Dünyada təqlid edilməyən yeganə şey cəsarətdir". (Napoleon)
Min illərdir ki, qorxaqlığın rəngi dəyişmədi. Bəlkə, ona gedən yollar dəyişdi, ancaq qorxaqlığın rəngi dəyişmədi. Min illərdir ki, cəsarətin rəngi dəyişmədi. Bəlkə, ona gedən yollar dəyişdi, ancaq cəsarətin rəngi dəyişmədi...
Min illərdir, qorxaq qorxaq kimi yaşadı, cəsur cəsur kimi... Min illərdir, qorxaq qorxaq kimi öldü, cəsur cəsur kimi... Nə qorxaqlıq cəsarətin yerinə keçdi, nə cəsarət qorxaqlığın yerini aldı. Nə qorxaq qorxaqlığı ilə cəsur oldu. Nə cəsur cəsurluğu ilə qorxaq oldu. Bəlkə, qorxaqlıq üçün səbəblər çoxaldı, ancaq cəsurluq üçün səbəblər də azalmadı. Bəlkə, qorxaqlığı seçənlər çox oldu, ancaq cəsurluğu seçənlər də az olmadı...
Bir gün cəsarət kölgə altında qaldısa, bir gün də qorxaqlıq kölgə altında qaldı. Bir gün cəsarət "unuduldusa", bir gün də qorxaqlıq "unuduldu". Tarix nə qədər qorxaqlıqdan qızaran üzlər gördü. Tarix nə qədər cəsarətdən "ağaran" üzlər gördü. Bəzən qorxaqlığı ilə tələyə düşənlər də oldu. Bəzən cəsurluğu ilə tələyə düşənlər də oldu. Ancaq yenə də o tələyə qorxaq qorxaq kimi, cəsur cəsur kimi baxdı. Ancaq yenə də o tələdən qorxaq qorxaq kimi, cəsur cəsur kimi çıxdı...
Kimisi azadlığını qorxusuna qurban verdi, kimisi azadlığını cəsarətinə qurban verdi. Kimisi qorxaqlığı ilə "azad" oldu. Kimisi cəsarəti ilə "azad" oldu. Ancaq yenə də qorxaqlığın aqibəti qorxaqların aqibətindən fərqli olmadı. Ancaq yenə də cəsarətin aqibəti cəsurların aqibətindən fərqli olmadı...
Min illərdir ki, qorxaqlığın rəngi dəyişmədi. Bəlkə, ona gedən yollar dəyişdi, ancaq qorxaqlığın rəngi dəyişmədi. Min illərdir ki, cəsarətin rəngi dəyişmədi. Bəlkə, ona gedən yollar dəyişdi, ancaq cəsarətin rəngi dəyişmədi...
İnsan gizli xəzinələrə vaqif olmağa qadir keyfiyyətlərə malikdir. Bu, insanın var olmasının qayəsidir.
Əbədiyyətə uzanan yolun yolçusudur insan. Çünki başqalarının bilmədiyini bilsin deyə yaradılıb. Uzaq ünvanlara getsin, axirəti dünyada öyrənsin deyə var edilib. Dünya onun üçün bir məktəbdir: haradan gəldiyini və hara getdiyini dərk etmək üçün məktəb. Bu məktəbdə öyrəndikləri sonradan çiçəklənəcək, meyvə verəcək.
Sonra da bu dünyada yaşadıqlarını bir-bir gözlərinin qarşısına gətirəcək. Etdiyi səhvlərə görə özünü qınayacaq. Tək təsəllisi gördüyü gözəl işlər olacaq...
İnsan gizli xəzinələrə vaqif olmağa qadir keyfiyyətlərə malikdir. Bu, insanın var olmasının qayəsidir. Dua və yalvarışları ilə bu qayəsinə nail olacaq. Yalnız bununla insan ola biləcək. O, insan olduqca, bütün cəmiyyət də insanlaşacaq. İnsanlar insanlıq üçün yaşayacaqlar. Fərd özünü başqaları üçün fəda edəcək, yaşatmaq üçün yaşayacaq. Bütün bunları edərkən təvazökarlıqdan başını aşağı salacaq. Etdiyi fədakarlıqları özünə vəzifə biləcək və bu vəzifəsini sevəcək. Bu vəzifədən uzaq düşməmək üçün Allaha yalvaracaq. Həm batində öz nəfsinə qarşı, həm də zahirdə zahiri düşmənlərə qarşı mübarizə aparacaq.
Hər kəsin insanlıq dairəsinə girməsi üçün çalışacaq. Başqalarının cənnəti üçün özünə cəhənnəmi belə rəva görəcək. Vücudunun böyüməsini, bütün cəhənnəmi tutmasını istəyəcək ki, başqalarına burada yer qalmasın. Bunları düşündükcə saçlarına dən düşəcək. Gecə-gündüz bu barədə fikirləşəcək.
Gözyaşlarını özünə təsəlli edəcək. Ağlaya-ağlaya yalvaracaq. Dualarını ruhuna qida edəcək. Onların göz yaşları qürurludur, yerə düşmək istəməz. Zahirən yerə düşdüklərini görsəniz də, əslində o göz yaşları yenidən çiçəklənib, boy atacaq...
Onların gücü inandıqlarındadır. Onlar qüvvələrini Sonsuzdan alırlar. Onların sevgisi tükənməzdir. Onlar həmişə bahara, qışın yazla əvəzlənəcəyinə inanırlar. Onlar özlərini idealları üçün yaşamağa məhkum edirlər...
Bu, bir əmanətdir. Peyğəmbər əmanəti. Bu əmanəti dağlar çiyinlərinə aldılar, ancaq onun ağırlığına dözməyib parçalandılar. İnsan aldı onu çiyinlərinə. Düşünmədi, bu yükü qaldıra bilər, ya yox. Çünki bilirdi ki, bu əmanətin sahibi hər kəsə gücü çatan qədər yük yükləyir və beləcə başladı bu vəzifə...
Belələrinin sayı nə qədərdir dünyada? Bu düşüncədə olan qəhrəmanların sayı nə qədərdir görəsən? Bəlkə də azdır onlar. Ancaq onların əkdikləri toxumlar qısa bir vaxtda bərəkətlənəcək, pöhrələnəcək, bütün dünyaya yayılacaq. Yetişən gənc nəsillər də bir sevgi qəhrəmanına çevriləcəklər, onlar da bu qatara qoşulacaqlar. İnsanlıq üçün...
Dünyada o qədər bilmədiyimiz şey var ki?.. Ancaq yenə də "hökmlərimizdən" əl çəkmirik. Ancaq yenə də "iddialarımızdan" usanmırıq. Görmürüksə, "yoxdur" deyirik. Dərk edə bilmiriksə, inkar edirik.
Yüz il əvvəl "göyün dərinliklərinə qalxacağıq" desəydilər, kim inanardı ki? Yüz il əvvəl "yerin dərinliklərinə enəcəyik" desəydilər, kim inanardı ki? Həm də bu, təkcə maddi aləm üçün belədirmi? Mənəvi aləmdə də sirrini bilmədiyimiz çox şey var. Mənəvi aləmdə də sirrindən xəbərsiz olduğumuz çox şey var. Onlara da necə gəldi "yox" deyə bilərikmi? Onları da necə gəldi inkar edə bilərikmi?..
Bir vaxtlar molekulları, atomları da görmürdük. Bir vaxtlar elektronlardan, neytronlardan da xəbərsiz idik. Ancaq illər keçdikcə hər şey dəyişdi. Ancaq illər keçdikcə hər şey öz yoluna düşdü. Bu gün ucsuz-bucaqsız ənginliklərdə nə qədər açılmamış sirr var. Bu gün ucsuz-bucaqsız dərinliklərdə nə qədər açılmamış sirr var. Bir də kainatda elə sirlər var ki, sərhədi ağlımızın tükəndiyi yerdə başlayır. Bir də kainatda elə həqiqətlər var ki, sərhədi ağlımızın tükəndiyi yerdə başlayır...
Dünən səsin nəqlindən danışırdılar, bu gün əşyanın nəqlindən danışırlar. Dünən təsvirin nəqlindən danışırdılar, bu gün iyin nəqlindən danışırlar. Beləcə, insan oğlu hər gün yeni bir sirrin izinə düşür. Beləcə, insan oğlu hər gün yeni bir həqiqətə körpü salır. Deməli, artıq hissə qapılmağa da ehtiyac yoxdur. Deməli, artıq həqiqətlərə göz yummağa da ehtiyac yoxdur. Bir sözlə, insan dünyaya təkcə ağlın gözü ilə yox, qəlbin gözü ilə də baxmalıdır. Bir sözlə, insan dünyanı ağlın gözü ilə yox, qəlbin gözü ilə də görməlidir. Bu, heç də hər şeyə necə gəldi inanmaq deyil. Bu, heç də hər şeyi necə gəldi qəbul etmək deyil. Əksinə, ağılın, düşüncənin yolunu açmaqdır. Əksinə, ağıla, düşüncəyə meydan verməkdir. Bir də insan hər fikrində "sərt" olmamalıdır. Bir də insan hər fikrində inada düşməməlidir. Bu "sərtliyin" də bir sonu olduğunu bilməlidir. Bu inadkarlığın da bir sonu olduğunu bilməlidir...
Yəqin ki, Ömər Xəyyamın adına çıxılan bu məşhur rübainin son misrasını tanıdınız:
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahanə gəldim.
Mövzuya poetik pəncərədən baxsan, duyğulu düşüncədir. Oturub düşünürsən ki, mənsiz də hər şey öz axarı ilə keçib gedərdi, külək də beləcə əsəcəkdi, Ay da gecələr göy üzündən yerə boylanacaqdı, sular üzüaşağı axıb gedəcəkdi. Amma təkcə sən deyilsən, mənsiz də, onsuz da, qonşundakı o gözəlsiz də bu dünya öz işini yaxşı bilir. Poetik olduğu qədər də pessimist düşüncədir. İnsanın bu cür düşüncələrə dalması xoş olmadığı kimi, bəzi filosofların iddia elədiyi kimi, "hər şey mənim varlığımla bağlıdır" düşüncəsi də doğru deyil.
Maraqlıdır ki, Xəyyamdan üzübəri yüzlərlə şair bu sualla baş-başa qalmış, doğru cavabı tapanlar da olmuş, həqiqət ətrafında çırpınıb qalanlar da. Bəzən bizə xaotik, nizamsız görünən bir mənzərənin də müəyyən qanunauyğunluğa tabe olduğunu düşünmək istəmirik. Yəni bizim duyğularımız, çalpaşıq düşən düşüncələrimiz də müəyyən mənada çözüləndir, izah olunandır. Hər düşüncə də, təbii ki, bir duyğunun, bir ovqatın meyvəsi kimi ruhumuzdan keçir. Elə çağdaş ədəbiyyatımıza nəzər salsanız, yenə eyni sualın müxtəlif variantlarda cavabını görəcəksiniz: nə üçün cahanə gəldim? İlahi Kitabımız Qurani-Kərimdə bu sualın cavabı açıq-aydın göstərilməkdədir. Allah-Təala buyurur ki, insanları və cinləri Onu tanısınlar və Ona itaət etsinlər deyə yaradıb. Məsələ aydındır. Əgər insan yaradılış qayəsini anlayıb, vəzifəsini layiqincə yerinə yetirərsə, nə sentimental suallara, nə də mücərrəd cavablara ehtiyac qalar. Həm də yüzlərlə, minlərlə dəfə sınanmış və təsdiq olunmuş bir həqiqət var ki, insan öz yaradılış qayəsini anlayıb, Yaradanına layiq olduğu kimi itaət edərsə, ruhunda başqalarının duymadığı həzz duyar, düşüncələrinin, inancının hərarətinə isinər. Qısası, xoşbəxt olmaq üçün çox şey lazım deyil, anlamağı bacarmalıyıq. Anlasaq və yaşasaq, hər şeyin nə qədər yaxın, nə qədər də gözəl olduğunu ifadə eləməyə söz tapa bilmirsən. Yəni o məqamda heç Xəyyamın adına çıxılan o məşhur suala da ehtiyac qalmır. Bəlkə də, o sual sənin üçün mənasız, bir qədər də ritorik görünür.
Etiraf insanı təmizləyə bilər. Etiraf insanı saflaşdıra bilər. Qəlbində insanlıq toxumları cücərdə bilər. Ruhunda insanlıq toxumları cücərdə bilər. Ya da vicdanları oyada bilər, nə qədər yatmış olsa da. Ya da gözləri aça bilər, nə qədər bağlı olsa da...
Etiraf soyuq fikirləri isidə bilər. Etiraf soyuq düşüncələri isidə bilər. İnsanı bir anlığa "doğruluğa" çevirə bilər. İnsanı bir anlığa "dürüstlüyə" çevirə bilər...
Bəzən insanı lap göyün "yeddi qatına da çıxara bilər". Bəzən insanı lap "yerin yeddi qatına da düşürə bilər". İnsan etirafla daha güclü ola bilər. İnsan etirafla daha sadə ola bilər. Etiraf insana gözləmədiyi imkanlar aça bilər. Etiraf insana gözləmədiyi fürsətlər verə bilər...
Bəlkə də, etiraf edə bilsəydi, insan çox fəlakətlərin qarşısını ala bilərdi. Bəlkə də, etiraf edə bilsəydi, insan çox uçurumlardan dönə bilərdi. Nə bu qədər çox qan tökülərdi, nə bu qədər çox göz yaşı axardı. İnsan insan üçün yaşayardı. İnsan insan üçün var olardı. Bəlkə də, qəlblərimiz bu qədər daş olmazdı. Bəlkə də, ruhlarımız bu qədər "daş olmazdı". İnsan öz nəfsinin quluna çevrilməzdi. İnsan öz cisminin altında qalmazdı. Bəlkə də, gözləri daha açıq olardı. Bəlkə də, vicdanı daha ayıq olardı. Dünyanı daha yaxşı başa düşərdi. İnsanı daha yaxşı başa düşərdi. Özünü hər gün hesaba çəkərdi. Özü ilə hər gün baş-başa qalardı. Yeri gələndə, zaman içində zamansızlaşardı. Yeri gələndə, məkan içində məkansızlaşardı. Sonsuzluqlar həmişə ondan öndə gedərdi. Sərhədlər həmişə ondan arxada qalardı...
Etiraf insanı təmizləyə bilər. Etiraf insanı saflaşdıra bilər. Qəlbində insanlıq toxumları cücərdə bilər. Ruhunda insanlıq toxumları cücərdə bilər. Ya da vicdanları oyada bilər, nə qədər yatmış olsa da. Ya da gözləri aça bilər, nə qədər bağlı olsa da...
Var-dövlətini göyə sovuran insanları yəqin siz də görmüsünüz. Var-dövlətini yeri gəldi-gəlmədi xərcləyən insanlara yəqin siz də şahid olmusunuz. Bəlkə də, onlara ağrımısınız. Bəlkə də, onlara acımısınız...
Əslində ömür də belədir. Var-dövlətini göyə sovurmaq nə qədər dəhşətlidirsə, ömrünü hədər yerə sərf etmək ondan da dəhşətlidir. Var-dövlətini yeri gəldi-gəlmədi xərcləmək nə qədər dəhşətlidirsə, ömrünü hədər yerə çürütmək ondan da dəhşətlidir. Bunlardan biri maddi uçurumdursa, o biri mənəvi uçurumdur. Bunlardan biri maddi fəlakətdirsə, o biri mənəvi fəlakətdir. Ancaq bunları birləşdirən bir nöqtə varsa, o da qayəsizlikdir...
Boş bir ömür yaşamaq böyük faciədir. Dəqiqələrini, saatlarını zamanın axarında əritmək böyük faciədir. Bu, təkcə özünü yox, başqalarını da düşünməməkdir. Bu, təkcə özünə yox, başqalarına da düşmən kəsilməkdir. Halbuki ömür insana verilmiş borcdur. Halbuki bu ömrü puç etməyə heç kimin haqqı yoxdur...
"Faydasız bir ömür, diri ikən ölməkdir" (Höte). Həm də təkcə ölmək yox, yaddaşlardan silinməkdir. Həm də təkcə ölmək yox, tarixin dibinə gömülməkdir. Ya da burnundan uzağı görməməkdir. Ya da yaxşı nə varsa, göz yummaqdır...
Ancaq nə yazıq ki, bu gün söz onlarındır; dünyaya dar pəncərədən baxanlarındır; dar düşüncələri ilə hökm verməyə çalışanlarındır; hər şeyi sərvətdə, var-dövlətdə görənlərindir; hər şeyi "özününkü" sayanlarındır...
Bəlkə də, "böyük sərvətin böyük köləlik" (Seneka) olduğunu bilsəydilər, bu qədər əlləşib-vuruşmazdılar (Seneka). Bəlkə də, "böyük sərvətin böyük köləlik" olduğunu bilsəydilər, dünya malı üçün bu qədər göz yaşı tökməzdilər...
Vaxtınızın, zamanınızın qədrini bilin... Bir də bizə bəxş edilən bu sərvətin bütün sərvətlərdən qiymətli olduğunu unutmayın. Bir də bizə bəxş edilən bu sərvətin ən böyük sərvətə "qapı açdığını" unutmayın...
İnsan özünü aldatsa da, qəlbini aldada bilməz. İnsan özünü "ovutsa" da, qəlbini "ovuda" bilməz. Qəlb həmişə həqiqəti deyər. Qəlb həmişə həqiqətdən danışar...
Ancaq qəlb bulandıqda qəlbin səsi də bulanar. Ancaq qəlb bulandıqda qəlbin "sözü" də bulanar. Onda həvəslər hisslərə çevrilər. Onda hisslər həvəslərə çevrilər. Artıq bu qəlbdə həqiqət əks-səda verə bilməz. Artıq bu qəlb həqiqəti ifadə edə bilməz...
O vaxtdan insanın faciəsi başlayar. O vaxtdan insanın fəlakəti başlayar. Və insan qazanmaq əvəzinə itirər. Və insan yüksəlmək əvəzinə alçalar. Bu qəlb ziddiyyətlərin arasında çaşıb qalar. Bu qəlb təzadların arasında çaşıb qalar...
Qəlb durulduqca hər şey onun səsi ilə dirilər. Qəlb durulduqca hər şey onun səsi ilə canlanar. Və bu qəlbin səsi başqa səslərə hakim olar. Və bu qəlbin səsi başqa səslərə üstün gələr. Onda hissizliyin qulaqbatıran səsi eşidilməz olar. Onda duyğusuzluğun qulaqbatıran səsi eşidilməz olar. Və insanın həyatını qəlbi nizamlayar. Və insanın həyatını qəlbi istiqamətləndirər. İnsan nəfsinə kölə olmaqdan xilas olar. İnsan cisminə kölə olmaqdan xilas olar...
Qəlbin səsi eşidilməyən yerdə isə cəhalət var. Qəlbin səsi eşidilməyən yerdə isə səfalət var. Belə cəmiyyətdə "ürəkdən-ürəyə yollar görünməz". Belə cəmiyyətdə "gözlərdən əvvəl ürəklər quruyar" (Viktor Hüqo). İnsan ancaq öz həyatını düşünər. İnsan ancaq öz həyatını yaşayar. İnsanın damarlarından qan yerinə nifrət axar. İnsanın damarlarından qan yerinə qəzəb axar...
İnsan özünü aldatsa da, qəlbini aldada bilməz. İnsan özünü "ovutsa" da, qəlbini "ovuda" bilməz. Qəlb həmişə həqiqəti deyər. Qəlb həmişə həqiqətdən danışar.
Bir təbəssüm bəzən bir həyatı xilas edir. Bir təbəssüm bəzən bir fəlakətin qarşısını alır...
Bir təbəssüm bəzən bir sevgiyə qapı açır. Bir təbəssüm bəzən bir ümidə körpü salır...
Təbəssüm bəzən bir güzgüdür, bizə qəlbimizi göstərir. Təbəssüm bəzən bir güzgüdür, bizə ruhumuzdan xəbər verir...
Bir təbəssüm bəzən bir qarı əridir. Bir təbəssüm bəzən bir buzu açır...
Bir təbəssüm bəzən bir odu söndürür. Bir təbəssüm bəzən bir
atəşə su səpir...
Təbəssüm bəzən bir insanın həyatın dibinə çökdüyü yerdədir. Təbəssüm bəzən bir insanın uçurumun kənarında qaldığı yerdədir...
Təbəssüm bəzən bir doğrudur, əyrinin ortasından keçir. Təbəssüm bəzən bir həqiqətdir, yalanı ayaqlarının altında əzir...
Bir təbəssüm bəzən bir açardır, bizə yaxşılıqların qapısını açır. Bir təbəssüm bəzən bir qıfıldır, bizə pisliklərin qapısını bağlayır...
Bir təbəssüm bəzən bir var-dövlətdir, həm verəni, həm alanı dövlətləndirir. Bir təbəssüm bəzən bir xəzinədir, həm gizlədəni, həm tapanı varlandırır...
Təbəssüm bəzən bir andır, ancaq insana "ən uzun əbədiyyətləri" bəxş edir. Təbəssüm bəzən bir addımdır, ancaq insanı "ən uzaq məsafələrə" yaxınlaşdırır...
Bir təbəssüm bəzən bir işıqdır, qaranlıq üzlərə işıq saçır. Bir təbəssüm bəzən bir ziyadır, qaranlıq gözlərə parlaqlıq verir...
Bir təbəssüm bəzən bir səsdir, yüz illər eşidilməyənləri eşitdirir. Bir təbəssüm bəzən bir sözdür, yüz illər yazılmayanları yazdırır...
Təbəssüm bəzən bir borcdur; yoxsullar da, varlılar da istəyir. Təbəssüm bəzən bir dərmandır; xəstələr də, sağlamlar da ehtiyac duyur...
Bir təbəssüm bəzən bir həyatı xilas edir. Bir təbəssüm bəzən bir fəlakətin qarşısını alır...
Bir təbəssüm bəzən bir sevgiyə qapı açır. Bir təbəssüm bəzən bir ümidə körpü salır.
Bu dünyaya öyrənmək üçün gəldik. Bu dünyaya öyrənmək üçün "qədəm qoyduq". Ayları, ulduzları sətir-sətir oxuduq. Çayları, dənizləri cümlə-cümlə əzbərlədik. Kainatda yazılanları bir-bir qəlbimizə köçürdük. Kainatda yazılanları bir-bir ruhumuza hopdurduq. Köçürdükcə də Onu daha yaxşı tanıdıq. Hopdurduqca da Onu daha yaxşı dərk etdik. Sonra da hər insanın bir kainat olduğunu öyrəndik. Sonra da hər insanın bir kitab olduğunu anladıq...
Hər addımda yeni bir səhifə ilə qarşılaşdıq. Hər addımda yeni bir kitabla üzləşdik. Oxuduqca öyrəndik. Öyrəndikcə oxuduq. Oxuduqlarımızdan səhifələr yazdıq. Öyrəndiklərimizdən kitablar bağladıq. Anladıq ki, "kitabsız yaşamaq kar, kor, dilsiz yaşamaqdır" (Seneka). Anladıq ki, "az bilmək üçün çox oxumaq lazımdır" (Monteskye)...
Sonra da öyrənmək üçün məktəblər qurduq. Sonra da öyrənmək üçün "siniflər açdıq". Məktəblərimizi gələcəyin ümid yuvalarına çevirdik. Siniflərimizi gələcəyin ümid yuvalarına çevirdik...
Nə qədər ki qəlbində ümid cücərən müəllimlərin arxasınca getdik yıxılmadıq. Nə qədər ki qəlbində sevgi cücərən müəllimlərin arxasınca getdik büdrəmədik. Bu müəllimlərlə dünyamızı da fəlakətdən qurtardıq. Bu müəllimlərlə axirətimizi də fəlakətdən qurtardıq. Həyata sevgi ilə baxmağı onlardan öyrəndik. Həyata ümidlə baxmağı onlardan öyrəndik...
Ancaq elə "müəllimlər" də qarşımıza çıxdı ki, büdrəyib yarı yolda qaldıq. Ancaq elə "müəllimlər" də qarşımıza çıxdı ki, bəlalardan xilas ola bilmədik. Vaxt gəldi özümüz də insanlar üçün bir bəlaya çevrildik. Vaxt gəldi özümüz də insanlara göz yaşı bəxş etdik. Bu müəllimlərdən öyrəndiklərimiz öz-özümüzü məhv etməkdən başqa bir işə yaramadı. Bu müəllimlərdən öyrəndiklərimiz öz-özümüzə "balta çalmaqdan" başqa bir işə yaramadı. Dünya ruhsuz insanlara meydan oldu. Dünya ruhsuz insanlara "əsir düşdü"...
Bu dünyaya öyrənmək üçün gəldik. Bu dünyaya öyrənmək üçün "qədəm qoyduq". Ayları, ulduzları sətir-sətir oxuduq. Çayları, dənizləri cümlə-cümlə əzbərlədik...
Torpaq ol ki, gül bitirəsən... Torpaq ol ki, toxumların "imdadına yetəsən". Bağrında bütün toxumlara yer açasan. Bağrında bütün fidanlara yer verəsən. Təkəbbür nədir bilməyəsən. Riyakarlıq nədir bilməyəsən. Rəhmət yağışlarını bütün qatlarında hiss edəsən. Rəhmət yağışlarını bütün zərrələrində yaşayasan...
Torpaq ol ki, gül bitirəsən... Ancaq yeri gələndə tikanlara da dözəsən. Ancaq yeri gələndə kollara da qatlaşasan. İstiləri özünə dost biləsən. Soyuqları özünə dost biləsən. Bəzən qarlara yoldaş olasan. Bəzən yağışlara yoldaş olasan...
Torpaq ol ki, gül bitirəsən... Təkcə toxumları yox, arzuları da cücərdəsən. Təkcə toxumları yox, ümidləri də cücərdəsən. Hər tərəfə sevgi paylayasan. Hər tərəfə şəfqət paylayasan. ékilməkdən qorxmayasan. Biçilməkdən qorxmayasan...
Torpaq ol ki, gül bitirəsən... Tapdandıqca yüksələsən. ézildikcə ucalasan. Bağrındakı şırımlarla canlanasan. Bağrındakı şırımlarla diriləsən. Bir dəfə də olsun, yorulmaq nədir bilməyəsən. Bir dəfə də olsun, dayanmaq nədir bilməyəsən...
Torpaq ol ki, gül bitirəsən... Güldürdükcə sən də güləsən. Sevindirdikcə sən də sevinəsən. én gözəl meyvələrini səni "öldürənlərə" bəxş edəsən. én gözəl meyvələrini səni "öldürənlərə" bağışlayasan...
Torpaq ol ki, gül bitirəsən... Bəzən də şərləri gizləyəsən. Bəzən də yalanları gizləyəsən. Ya da dünənimizi görmək üçün bir güzgü olasan. Ya da sabahımızı görmək üçün bir güzgü olasan...
Torpaq ol ki, gül bitirəsən... Torpaq ol ki, toxumların "imdadına yetəsən". Bağrında bütün toxumlara yer açasan. Bağrında bütün fidanlara yer verəsən. Təkəbbür nədir bilməyəsən. Riyakarlıq nədir bilməyəsən...
Torpaq ol ki, gül bitirəsən...
Bir islam mütəfəkkri insanı dəyərləndirdiyi zaman "Bir insanın dəyəri onun qayəsi, məqsədi ilə ölçülür. Qayəsi millət olan öz-özlüyündə kiçik bir millətdir" ifadələrindən istifadə etməklə insanın öz qayəsi ilə dəyər qazanacağını bizlərə bildirmək istəmişdir.
60-80, bilmədin 100-120 rəqəmləri ilə məhdud olan bir həyat... Gəlmə saatı bəlli olmayan və anidən qapımızı döyə biləcək bir həqiqət, ölüm! Dünyadakı faniliyin canlı şahidi olan, bu faniliyi bilən, lakin onu hiss etməkdə aciz olan, nəfsindən aldığı rahatlıqla, unutqanlıqla sərmayə ölçüsündə olan ömür dəqiqələrini faniliklərə həsr edən, özünə uçurumlar hazırlayan insan!
Bəli, əgər qayəmiz faniliklər və bütün səylərimiz onları əldə etməkdən ibarətdirsə belə olan təqdirdə gəlcəyin bizə vəd edəcəyi kədərli "son"u da qəbul etməliyik. Boş əllərlə gəldiyimiz kimi yenə boş əllərlə dünyadan köçəcəyik. Nə mülkümüz, nə də varımız... Öz zamanının dərdli şairi, Yunus Əmrə necə də gözəl vurğulayıb:
Mal sahibi, mülk sahibi,
Hanı bunun ilk sahibi?
Mal da yalan, mülk də yalan...
Gəl bir az da sən "oyalan".
Post sovet məkanında oxuduğumuz illərdə, dəyərlərimizin unutulduğu və unutdurulmağa cəhd göstərildiyi bir dövrdə bizə nümunəvi şəxsiyyətlər kimi Leninlər, Stalinlər, Markslar, Engelsler və s. göstərilir, həqiqət abidələri olan Nizamilərin, Füzulilərin əsərləri ya təhriflərlə çatdırılır, ya da ki, üstü örtülü şəkildə izah olunur, onların toxunduğu incə, dəyərli məsələlər bizə xürafat qismində anlatılırdı.
Oxumaq, oxumaq, yenə də oxumaq şüarı ilə qəlblərimizi ovsunlayan, lakin həqiqətlərdən bizi soyudan Leninin, dəyərlərimizi gözlər önündə əlimizdən alan, diktator simasını bizə "qoruyucu mələk" kimi göstərən Stalinin, özlərini dahilər kimi qələmə verən, əslində günəş kimi aydın həqiqətləri nəzərlərimizdə qaranlıqlarla söndürməyə çalışanların iç üzlərini zaman əks etdirdi. Zamanla itirilmiş incilərimizin, dəyərlərimizin gec də olsa fərqinə vardıq. Bizdən gizlədilmiş, bizə unutdurulmuş dəyərlər.
Qayəsi "uçurum" olan və bizi də uçuruma yönəldən o insanlıq düşmənlərindən qurtulsaqda onların açdığı yaraların təzadları təəssüflər olsun ki, uzun müddət davam edəcəkdir. Generalsız bir ordunun müharibə meydanındakı vəziyyətinə bənzəyir bu günkü halımız. Rəhbərsiz qalmış, mənaviyyatımız ölmüş, dəyərlərimiz unudulmuşdur.
Bizə unutdurulmuş dəyərlər içində bütün bəşər tarixinə nümunə olan şanı ulu Peyğəmbərimiz (S.A.V), örnək xəlifələr, minlərlə səhabələr, mütəfəkkirlər, alimlər və könül insanları, fədailər vardır. Sizlərin ən xeyirlisi insanlara faydalı olanınızdır deyən və bütün bəşərə insanlıq dərsi keçən, bütün aləmlərə rəhmət olaraq göndərilən, qayəsi ümməti, yəni milləti olan və qayəsi uğründa ömrünü qurban verən... Bütün aləmlərin sahibi, qüdrəti sonsuzun sevgilim deyə müraciət etdiyi və sevilməyə ən layiq olan o könüllər sultanı necə unudula bilərdi?
İki cahan sərvərindən miras olaraq aldıqları sarsılmaz imanları, üstün əxlaqları ilə örnək nəsil olaraq tarixə qızıl hərflər ilə adlarını yazmış, yaşadıqları əsrin "səadət əsri" adlandırılmasına vəsilə olmuş o üstün şəxsiyyətlər, səhabə əfəndilərimiz necə unudula bilərdi? Sadiqliyi ilə zirvələri fəth edən Hz. Əbu Bəkir (r.a), ədaləti ilə örnək olan Hz. Ömər (r.a), əxlaqı ilə mələkləri belə utandıran Hz. Osman (r.a), elmi ilə bütün alimlərə imam olmuş Hz. Əli (r.a)... Bu həqiqət qəhrəmanları necə unudula bilərdi?
Peyğəmbərimizin (S.A.V) "səhabələrim göy üzündəki ulduzlar kimidir, hansı birinin arxasınca getsəniz nicat taparsınız" dediyi, səfər etdikləri hər bir məkanda qısa zaman müddətində günəş tək parlayan, insanların qəlbində məhəbbətlər oyadan Musab ibn Ümüyrlər, Saaf ibn Vakkaslar, Asım ibn Sabitlər, Zeyd ibn Dəsinələr, Əbu Hüreyrələr, Bilallar, Əbu Zərlər, Abdullahlarr və bunlar kimi minlərlə sevgi nümunələri necə unudula bilərdi?
Onların arxasınca gələn şanlı islam tarixinin layiqli davamçıları, sonsuz nurun bütün zamanlara ötürülməsinə vəsilə olan imamları, alimləri, düşüncə insanlarını, yaşatmaq üçün yaşamış, Allah sevgisini vüqarla qəlbində daşımış, sevgi abidəsi Peyğəmbərimizin (S.A.V) müjdələnmiş varislərini necə unutmaq olardı? Bizi unutmayanları, biz necə unuda bilərdik...
Onlar bizim üçün yaşadılar, bizim üçün yaşatdılar... Həyatlarının yeganə qayəsi 14 əsr əvvəl Ərəbistandan zühur etmiş əbədiyyət günəşinin nurunu söndürmədən sevgi dolu sinələrə çatdırmaq idi. Əməllərinin qarşılığını isə heç bir zaman gözləmədilər, səssiz qalmağa üstünlük verdilər. Hər şey ondandır deyərək vəsilə olduqları xeyirli əməllərin arxasında dayandılar, islam tarixinə adı qızıl hərflərlə yazılmış İmam Zeynəlabdin kimi... Yoxsul təbəqə səhərlər qapılarının önünə qoyulmuş ərzaqla dolu çüvalları gördükdə sevinər, səssiz qalan bu şəfqət qəhrəmanına duallarla təşəkkürlərini bildirərdilər. Heç kim tanımırdı bu "verən əli", ta ki, yeni bir səhərdə qapılarının önündəki çuvalları görməyənədək. Baş vermiş hadisəni düşünməyə macal tapmamış İmam Zeynəlabdinin ölüm xəbər
Birdən məsum bir ifadə ilə: "Yoxsa mənim haqqımda yazırsan?" - deyə soruşdu. Babası bir anlıq əlini saxladı, əvvəlcə, gülümsədi, sonra isə dedi: "Doğrudur, sənin haqqında yazıram. Ancaq əlimdə tutduğum bu karandaş yazdığım o sözlərdən daha əhəmiyyətlidir. İnanıram ki, böyüyəndə sən də bu karandaşı çox sevəcəksən"...
Uşaq karandaşa diqqətlə baxdı. Ancaq onda qeyri-adi bir şey görmədi. Odur ki: "Axı bu karandaşın başqa karandaşlardan heç bir fərqi yoxdur", - dedi. "Əslində bu sənin o karandaşa necə baxmağından asılıdır", - babası cavab verdi, - "Bu qələmin beş xüsusiyyəti var və sən bu xüsusiyyətləri bilsən, həyatda çox yaxşı bir insan olarsan...
Birinci xüsusiyyət: çox gözəl işlər görə bilərsən. Ancaq atdığın hər addıma istiqamət verən "bir əl" olduğunu unutmamalısan. Bizim üçün bu "əl" Allahdır və həmişə öz qüdrəti ilə bizə istiqamət verir...
İkinci xüsusiyyət: nə yazıramsa-yazım, arabir dayanmalı və karandaşımın ucunu yonmalıyam. Bu, karandaşı bir az "incitsə də", nəticədə, daha yaxşı yazmasına kömək edir. Ona görə də acılara sinə gərməyi öyrənməlisən. Çünki nə qədər acı çəksən, bir o qədər güclü olarsan...
Üçüncü xüsusiyyət: karandaşla yazanda səhv etməkdən qorxmursan. Çünki nə qədər səhv etsən də, onu düzəldə biləcəyini bilirsən. Sən də bil ki, əgər bir səhv ediriksə, onu sonradan düzəltmək heç də pis şey deyil. Əksinə, bu bizi ədalətli olmağa sövq edir...
Dördüncü xüsusiyyət: karandaşın əsas hissəsi üstündəki taxta deyil, içindəki yazan maddədir. Ona görə sən də həmişə öz içinə baxmalı, ən çox onu qorumalısan...
Beşinci və son xüsusiyyəti: karandaşın iz qoymasıdır. Onun kimi, sən də həyatda gördüyün hər işin bir iz qoyacağını bilməli və hər addımını ona görə atmalısan..."
Bütün varlıqlar onların həyat tərzlərinə uyğun yaradılmışdır.
Məsələn, quşun qanadları asanlıqla açılıb yığılır, bədəni onu soyuqdan qorumaq üçün əlverişli olan tüklərlə örtülüdür. Dişlərimiz möhkəm sümükdən, dilimiz tüpürcək ifraz edən və rahat danışmağa imkan verən məsaməli ətdən yaradılmışdır.
Dərimiz orqanizmimizdəki artıq suyu irfaz edir, ancaq kənardan suyun girməsinə imkan vermir. Eyni zamanda dərimiz havadakı mikrobların orqanizmimizə zərərli təsirinin qarşısını almaq üçün mikroböldürücü maye də ifraz edir.
İnsan 152 dərəcə baxış bucağı ilə ətrafı görür. Əgər bu baxış bucağı 1 dərəcə artıq və ya əskik olsaydı, insan normal görə bilməzdi.
Dilimizdə 9 min dad reseptoru var. Onların hər biri sinirlər vasitəsi ilə beynimizlə əlaqə qurur və dilimizin şirin-acı bütün dadları ən xırda təfərrüatlarına qədər hiss etməsinə imkan verir.
Əgər dilçəyimiz olmasaydı, yeyib içdiyimiz hər şey ağciyərimizə gedər və ölümümüzə səbəb olardı.
Əgər qaşlarımız olmasaydı, alnımızdan axan tərlər gözümüzü yandırardı.
Əgər kirpiklərimiz olmasaydı, gözlərimiz toz-torpaqdan görə bilməzdi.
Əgər beynimizin gördüyü işləri kompyuterlərlə görmək istəsəydik, bir şəhər böyüklüyündə bir sistem qurmaq lazım gələrdi.
Orqanlarımızını ölçüsü və çəkisi üçün də eyni şeyi demək olar. Məsələn, əgər başımız bir neçə kiloqram ağır olsaydı, onu əllərimizlə saxlamaq məcburiyyətində qalardıq. Əgər ayaqlarımız bir neçə metr uzun olsaydı, hərəkət etmək cətinləşərdi. Bundan başqa, insan əli kimi rahat və cəld hərəkət edən ikinci bir "alət" düzəltmək çətin, bəlkə də qeyri-mümkündür.
Dırnaqlarımız barmaqlarımızın uclarını qoruyan, gördüyümüz işləri asanlaşıdıran həcmcə kiçik, ancaq vəzifəcə böyük bir orqanımızdır.
Təkcə insanlarda yox, bitki və heyvanlarda da belədir. Məsələn, milçəklərin və kəpənəklərin tül qanadları onların rahat uçmasına imkan verir. Balıqların üzgəclərinin həssaslığı onları qayalara çırpılmaqdan qoruyur. Yarasalar radarları əvəz edən antennaları ilə qaranlıqda heç bir maneəyə rast gəlmədən saatlarla uça bilirlər. Qütb dovşanlarının ayaqları tüklüdür. Onlar bu ayaqlarla yumşaq qara da batmırlar. Beləliklə, heç bir vəhşi heyvanın gəzə bilmədiyi soyuq havalarda belə gəzə bilirlər. Dəvələr biraylıq məsafəni suya və yemə ehtiyac hiss etmədən asanlıqla keçə bilirlər. Çünki onların hörgücləri həm suyu, həm də yemi əvəz edir. Dəvənin uzun kirpikləri isə onun gözlərini tozdan, qumdan qoruyur.
Səhra bitkiləri güclü küləklərə və istilərə dözümlüdürlər. Bir-birilərinə kölgə salaraq günəşdən asanlıqla qoruna bilirlər. Çox vaxt günəşin şüalarını əks etdirmək üçün rənglərini dəyişirlər...
Məgər bütün bunlar Sonsuz Qüdrət Sahibinin varlığından xəbər vermirmi?.
Qoca səyyah çayın kənarında qiymətli bir daş tapmışdı.
Ertəsi gün o, başqa bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi. Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü.
Bunları düşünə-düşünə sevinclə qocadan ayrıldı. Ancaq bir neçə gün keçməmişdi ki, yenə qayıtdı. Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: "Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm", - dedi, - "ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey... Onu mənə verə bilərsənmi?.."
... kiçik bir mübahisə, anlaşılmazlıq. Əsəbi halda avtobusun qapısını çırparaq örtən adam. Ardınca isə heyrətlənmiş nəzərləri ilə anasına müraciət edən uşaq:
- Ana, əmi nə üçün qapını çırpdı? Sonrasında isə sükut...
Bu ani zorakılığın səbəbini axtarırdı uşaq. Bəlkə bu hiddətin nə üçün baş verdiyini anlamaq, bəlkə də, belə bir kiçik hadisədən dolayı əsəbləşməyə, şiddət göstərməyə ehtiyac olmadığını anlatmaq istəyirdi uşaq. Bəlkə də!
Amma uşaq uşaqlığı ilə çox şeyi anlatmışdı böyüklərinə. Təfəkkür dəryasına atmış, bizləri düşünməyə vadar etmişdi. Hadisələrə "uşaq" qalmaq, hadisələrdə "uşaq" olmaq. Dünyanı problemləri ilə bir kənara qoyub rahat olmaq. Olanla razılaşmaq. Tez küsüb, tez də barışmaq. Uşaq olmaq keçirdi ağlımdan. Niyyətim hadisələrə biganə qalmaq deyildi. Sadəcə bizi bürüyən, bəzən heç bir əhəməyyəti olmayan hadisələrdə boğulmamaq idi. Uşaq olmaq, uşaq qalmaq idi məqsədim bizi əsəbiləşdirə, çılğınlaşdıra biləcək hadisələr qarşısında.
Uşaqlıq illərimdə atamın da xahişi ilə dahi rus yazıçısı Tolstoyun əsərlərinə tez-tez müraciət edərdim. Məhz elə o an, o dahi əsərlərdən bir səhnə canlandı gözlərimin onündə.
... iki qız uşağı oynadıqları zaman, biri istəmədən digərinin palçıqlı suya düşməsinə səbəb olur. Düşməklə, kiçik qızın ağlaması bütün küçəni ayağa qaldırır. Təlaşla eşiyə çıxmış qarşı tərəfin valideynləri qızlarının vəziyyətini görüb əsəblərini cilovlaya bilmir və nəticədə acı sözlü, təhqirli bir mübahisə başlayır valideynlər arasında. Mübahisənin gərgin vaxtında valideynlərinin birinin nəzəri uşaqlara sataşır və gördüyü mənzərə qarşısında donub qalır. Digər valideynlər də uşaqlarının yenidən hər şeyi unudaraq əl-ələ oynadıqlarını görüb "böyük ağıllarla" etdikləri mübahisədən xəcalət çəkirlər. Utanırlar!
Bəli, hadisələrə "uşaq" qalmaq, hadisələrdə "uşaq" olmaq. Kindən, küdurətdən, nifrətdən, qisasdan, hirsdən, həsəddən uzaq olmaq. Her yerdə, hər kəsdə, hər bir şeydə xoşbəxt olmaq üçün bir səbəb tapmaq, sevinmək... Günəş şüaları, zərif yağış damlaları, incə qar dənəcikləri, yaşıl ağaclar, uçan quşlar, insanlar, hətta bizim üçün qəribə olan boş şüşələr, kiçik dəmir hissələri, kağız parçası belə, onların sevinməsi üçün kifayətdir.
Uşaq olmaq, uşaq qalmaq... Böyüyüb biganə qalmaqdan daha gözəldir.
Onun üçün həyatın ağır imtahanları ömrünün erkən çağlarından başlamışdı. Orta səviyyəli bir ailədə dünyaya göz açmış, elə ilk mənəvi zərbəsini də ailəsindən almışdı. Vaxtaşırı qarşılaşdığı soyuq münasibət onun səbir kasasının dolmasına səbəb olmuş, bəzən evi tərk etməyi düşünsə də qonşuluqda yaşayan yaxın dostlarının təkidi ilə fikrindən daşınmışdı.
Ailəsinin getdikcə ağıralaşan şəraiti və biganəlik onun təhsilə olan marağının üstündən xətt çəkməsi ilə nəticələnmişdi. Məhz bu səbəblə kiçik yaşlarından müxtəlif yerlərdə işləməklə həm özünün, həm də ailəsinin ehtiyacını ödəməyə çalışmışdı.
Qarşılaşdığı hadisələr, düşdüyü çətin vəziyyətlər mənəvi dünyasını da zədələyirdi. Bütün bunlardan qurtulmaq, her şeyə son verib uzaq diyarlara bir dəfəlik köç etmək istəyirdi. Özünü tənha hiss edir və təkliyin gətirdiyi kədərlərlə yuvarlanırdı ümidsizlik uçurumlarına.
İllər bir-birini əvəz etmiş, hərbi xidmətdən qayıtmış və əvvəlki iş həyatına yenidən başlamışdı. Sonsuz arzuları, bitib tükənməyən istəkləri və bunun qarşılığında düçar olduğu imkansızlıq onu sarsıtsada ümidini tam almamışdı əlindən. Ailəsinə yardım edir, əllərindən tutmağa çalışır və tənha qaldığı anlarda xəyallarında canlandırdığı səadətin müvəqqəti sevinci ilə yaşayırdı.
O gün digər günlərdən adiliyi ilə fərqlənməsə də, hər gün yanından ötüb keçdiyi məscid və eşitdiyi azan səsi bu gün bir başqa idi. Eşitdiyi səs ona sanki, tək olmadığını bildirmək istəyir və onu ümidlərlə dolu bir dünyaya səsləyirdi. Tanış olduğu insanlar yeni bir həyatın, gözəl bir dünyanın formalaşmasına, oxuduğu ilk kitab isə sevinclə, fərəhlə dolu xoşbəxtlik qapılarının açılmasına səbəb olmuşdu.
O gün səma da, günəş də, buludlar da, ağaclar da başqalaşmış, dəyər qazanmışdı nəzərində. O gün insanlar da başqa idi. O gün o da başqalaşırdı. Qəlbinə heç vaxt duymadığı bir rahatlıq çökmüş, nəhayət tək olmadığını, onu görən, onu bilən, onu sevən birinin olduğunu anlamış, bütün qəlbi ilə ona bağlanmışdı. Günəşin şəfəqlərinə, səmanın mavisinə, çiçəyin ətrinə, yarpağın yaşılına heyran qalmış, bu sevinci ona bəxş edən sonsuz qüdrət sahibinə aşiq olmuş, təfəkkür dəryalarına dalmışdı. Günlər ötdükcə ümidi daha da artır və böyük fərəh hissi ilə onu tərk etməyənin hüzurunda səmimiyyətlə alnını yerə qoyurdu.
Bir neçə aydan sonra böyük şəhərlərdən birinə səfər etməyi düşünmüş və ilk işi tez-tez başvurduğu məscidin qapısını "döymək" olmuşdu. Ona şükrün özü olan iki rükət namazdan sonra əllərini uca yaradana açaraq duasını "Allahım mənə xeyirli səfər qismət et" sonluğu ilə bitirmişdi.
Qardaşından səfər üçün müəyyən miqdar pul istəmiş, şübhəli "yoxdur" cavabı onu üzsədə ruhdan düşməmiş, hər işdə bir xeyir vardır deyərək tanışlarından aldığı borcla səfərə çıxmışdı.
Onun üçün burdada həyatın ağır imtahanları öz axarı ilə davam etməkdə idi. Lakin o artlq bilirdi ki, bu dünya sıxılma yox, dayanma dünyasıdır və Allahdan səbir diləkləri ilə həyatını davam etdirirdi.
Fəhlə olaraq işə başladığı inşaat obyektində, soyuq, hətta pəncərləri belə olmayan daş divarlar arasına gecəliyirdi. Bir tərəfdən qışın ilikləri belə donduran şaxtası, digər tərəfdən ağır iş şəraiti onu çöhrələrini soldursada qəlbinin istisini ala bilməmişdi.
Səbirlə dolu 1 il geridə qalmışdı. İşlədiyi müddətdə çox şey dəyişmişdi, qazandığı etibar və göstərdiyi mətanət öz bəhrəsini vermişdi. İnşası başa çatmış tikili də onun üçün rahat və isti bir otaq ayrılmış, işidə son dərəcə yüngülləşmişdi.
Bir gün qarşılaşdığı hadisə isə onu könlünü "yaşartmışdı". Qardaşı ondan səfər bileti üçün müəyyən məbləğdə pul istəmişdi. O isə bir anlıq keçmişə qayıtmış qəlbinin dərinliklərindən gələn həqiqət sözlərini yada salaraq yaradanın ədalətinin yücəlyinə bir daha heyran qalaraq əlini cibinə uzatmış, ən gözəl vəkil odur... demişdi!
Ebu-s-Sami
Qaynaqlar:Aydın Ucal, Ailəm Jurnalının redaktoru, Bakı
Cennetdekiler Allah-Tealani cume gunleri goreceklerdir. Allah-Teala Cume gununu muselmanlara mexsus edib. Cume namazindan sonra isteyen isine geder, calisar. Cume namazi vaxti alis-veris gunahdir.
Cume gunu edilen ibadetlere, basqa gunde edilenlerin, en azi ikiqat savabi verilir. Bununla yanasi cume gunu islenen gunahlarda ikiqat yazilir. Cume gunleri duanin qebul olunacagi bir an var. Cumenin gunduzu, gecesinden daha qiymetlidir.
Hedisi-seriflerde buyrulur:
- senbe gunleri yehudilere, bazar gunleri xristianlara verildiyi kimi, cume de muselmanlara verildi. Bu gunde muselmanlara xeyir-bereket ve yaxsiliq vardir.
- Cume gunu geldiyi ucun sevinen bir momine qiyamete qeder her gun o qeder savab verilir ki, bunu tek Allah-teala bilir.
- Cume gunu vefat eden mominlere sehid savabi verilir ve qebir ezabindan qorunur.
- Gunlerin en qiymetlisi cumedir. O gun bayram gunlerinden ve Asura gununden daha qiymetlidir. Cume dunyada ve Cennetde mominlerin bayramidir.
- Ana-atasinin ve ya ikisinin birinden qebrini her cume gunleri ziyaret edenin gunahlari bagislanir. Haqlarini odemis olur.
- Bir muselman cume gunu qusul abdesti alib, cume namazina gederse, bir heftelik gunahlari bagislanir ve her addimi ucun savab verilir.
- Cume gunu dirnagini kesen kimse bir hefte, belalardan emin olur.
- Cume feqirlerin heccidir ve mominlerin, goy ehlinin bayramidir, Cennetde de bayram gunudur. Gunlerin en yaxsisi, en sereflisi cumedir.
- Cume gunu yaxsiliqlarin xezinesidir ve gozel seylerin menbeyidir.
"Cume gunleri mene cox salavat getirin! cunki ummetimin salavatlari her cume gunu mene yetisir. ummetimin mene en yaxin olani en cox salavat getirenleridir". Hedisi-Serif