Gözel Dini Hekayeler

Son güncelleme:
  • En Sadiq Dost
    Həzrət Peyğəmbər və məsum imamlardan sonra hər kəsə örnək olacaq ideal şəxslərdəndir Salman Farsi. Əslən İranlı olan Salman İsfahanın Cəy kəndində bir kəndli ailəsində doğulub. Atəşpərəstlik (məcus) dinində xeyli zəhmətlər çəkib, daim atəş yandırar, onu sönməmək üçün qoruyardı. Daha sonra xristianlığı qəbul edərək haqq və həqiqət axtarışı ilə o dövrün böyük xristian alimlərinin yanında yaşayaraq ibadətlə məşğul olub. Sonralar İbrahim dinindən olan bir Peyğəmbərin zühurunu bilən Salman onun əlamətlərini öyrənərək haqqın sorağına çıxır.
    Kamil dinin və sonuncu Rəsulullahın eşqi ilə səfərə çıxan Salman Farsi ahıl yaşında İlahi sevdası üçün qul taleyinin acısını da yaşamalı olur. Belə ki, yolda ikən onu zorla bir yəhudiyə qul kimi satırlar. Nəhayət, o sorağına çıxdığı Haqq aşiqi Həzrət Məhəmmədi (s) Mədinədə tapır. Peyğəmbəri əlamətlərindən tanıyır və göz yaşları içində Allahın elçisinə sarılaraq ağlayır. Salman Rəsulullahın hüzurunda şəhadət gətirərək müsəlman olur.
    Ancaq, o hələ də qul kimi qalırdı. Əziz Peyğəmbərin məsləhəti və köməyi ilə sahibi ilə müqavilə bağlayır. Tələb olunmuş məbləği ödədikdən sonra azad bir müsəlman kimi İslamın xidmətinə başlayır. Salman Farsi qısa zaman ərzində İlahi təqva və elm çırağında Allahın, eləcə də Rəsulullahın (s) sevimlisinə çevrilir. Bu sevginin təzahürü idi ki, sevimli Peyğəmbərimiz (s) buyurur: 'Salman biz Əhli-beytdəndir (ə)'. Salman Həzrət Peyğəmbərlə (s) behişt müqaviləsi bağlamış şəxsdir. Həzrət Məhəmmədin (s) yazdığı əhdnamə ona olan ehtiramın əyani sübutudur: 'Bu namə Salmanın ailəsi üçün yazılmışdır. Harada olur-olsun, onun canı və malı Allah və Allah Rəsulunun amanındadır. Kimsə onlara zülm etməsin, çətinlik yaratmasın. Onları himayə edin... Salman bizim tərəfimizdən ona görə belə bir diqqətə layiq görülmüşdür ki, bir çox möminlərdən üstündür. Salman behişt şövqündə deyilkən, behişt onun qədəmləri şövqündədir. O, mənim etibarımı qazanmışdır və müsəlmanların xeyirxahıdır...'.
    Əlbəttə, Salman bütün bunları dinə göstərdiyi xidmət və özünün şəxsi həyat tərzi ilə əldə etmişdir. Rəvayətlərdə qeyd edilir ki, onun çox sadə həyat tərzi olub. İran fəth edildikdən sonra Salmanı Mədain şəhərinə hakim təyin edirlər. Lakin o, Mədainə gələrkən xüsusi minik və dəbdəbəli saraydan imtina edib məscidin yaxınlığındakı sadə bir evə üz tutur. Bu evi iqamətgah edib işə başlayır. Çünki, dünyaya qul olmamaq, onun əsarətindən azad qalmaq, ötəri cazibələrə uymamaq, axirətlə müqayisədə dünyanı heç saymaq 'zöhd' adlandırılan xüsusuyyətlərdəndir. Salman isə zöhd və təqvada elə bir məqama
    çatmışdı ki, hər kəs arasında ideal və nümunə kimi tanınırdı. O, daim misilsiz zöhdü ilə yad edilirdi. Elə indinin özündə də bir möminin üstün təqvasını nəzərə çatdırmaq üçün onu 'dövrünün Salmanı' adlandırırlar.
    Salman hara getsəydi özünü belə tanıtdrardı: 'Peyğəmbər (s) təfindən azad edilmiş Məhəmmədi Salman'. O, hətta rəsmi dövlət sənədlərində də bu təqdimatdan istifadə edərdi.
    Həzrət Peyğəmbər (s) buyurmuşdur: 'Əgər din Sürəyyada da (bürc) olsaydı, Salman ona yol tapardı'. Bəli, Peyğəmbərin səhabələri arasında kimsə elm, bilikdə Salmana çatmadı. Çünki, Salman ömrü boyu ardıcıl şəkildə elm və mərifətini artırardı. Müsəlmanlıqdan sonra isə Salman Farsi İslam Peyğəmbərinin (s) yaxınlarından oldu. Xüsusi vaxtlarda Rəsulullahla (s) görüşər, ondan elm öyrənərdi. Salman rəvayətlərdə əbəs yerə Loğmana oxşadılmamışdır.
    Hər insan Salmanın elm və agahlığının dərinliyini anlamaq gücündə deyil. İnsanlar yalnız öz tutumları həddində elmə yiyələnə bilər. Salman öz elmi məqamı haqqında belə deyir: 'Ey insanlar, əgər bildiklərimdən sizi xəbərdar etsəydim, 'Salman divanədir', ya da, 'Onu öldürənə alqış' deyərdiniz'.
    Salman zöhd, təqva və elmi ilə yanaşı, həmçinin hərb meydanındakı məharəti, Taif və Xəndək döyüşlərindəki ixtiralarıyla da çox məşhurdur. Məhz Əhzab döyüşündə düşmənlərdən müdafiə olunmaq üçün Mədinənin ətrafında xəndək qazılması taktikası ona məxsusdur.
    Məlumdur ki, hər bir insanın həyatı onun ölümü ilə sonuclanır. Yalnız haqq insanı üçün belə deyil. Onun ölümü gerçək həyat risaləsinin başlanğıcıdır. Salman isə haqqa aşiq idi. Onun ölüm vaxtının yetşmə nişanələrini haqqın elçisi Rəsuli-Əkrəm (s) özünə söyləmişdir. Salman əcəlinin sonunu hiss edərkən belə Haqqı unutmadı və bu haqqı başqalarına çatdırmaq üçün birinə belə nəsihət etdi: 'Bir hökm verərkən, bir qərara gələrkən və bir şeyə əl uzadarkən Allahı yad et'.
    Salman Farsinin vəsiyyətinə əsasən ona Həzrət Əli (ə) qüsl verib, kəfənlədi və sonra isə namaz qılıb dəfn etdi. Doğurdan da belə idealların həyatına nəzər yetirdikdə anlamaq olur ki, İslam irqindən, milliyyətindən, dilindən və ölkəsindən aslı olmayaraq hər kəsin sığınacağı bir dindir. Bu hikməti isə Salman Farsi kimi şəxsiyyətlərin həyatlarından daha aydın anlamaq olur.
    Hazırladı
    Hakim Əlizadə
0 0 0
  • Peyğəmbər (s.a.v) əshabi ilə Məkkədə illərlə əzab-əziyyət içində yaşadıqdan sonra Allahın əmri ilə hicrət etmək vaxtı gəlmişdi.

    Peyğəmbərimiz (s.a.v) dedi:

    Mənə bu yolda kim yoldaşlıq edər? Canından kim keçər?

    Əbu Bəkr (r.a) Anam,atam,malım,canım -hamısı sənin yolunda fəda olsun,Ey Rəsulullah! Bu şərəfli xidmətə məni qəbul et dedi.

    Peyğəmbərimiz (s.a.v) İslam dinini ilk qəbul edənlərdən və eyni zamanda ən yaxın dostu olan Həzrəti Əbu Bəkrin (r.a) bu istəyini qəbul etdi.

    Gecə yarısı yola düzəldilər.Həzrəti Əbu Bəkr (r.a) Peyğəmbər Əfəndimiz (s.ə.s) qorumaq üçün gah arxasına,gah önünə,gah sağına,gah da soluna keçir,düşmənlər onun izini tapmasın deyə,mübarək ayaq izlərinin üzərinə basırdı.

    Bu əsnada Peyğəmbərimiz (s.a.v) buyurdu:

    Ya Əbu Bəkr,niyə əziyyət çəkirsən?

    Əbu Bəkr,mən sizin bir tükünüzə zərər dəyməsin ,deyə belə edirəm dedi.

    Bu sözdən sonra Peyğəmbərimiz(s.a.v) belə buyurdu:

    Kədərlənmə,Allah bizimlədir.

    Sevr dağındakı mağaranın yanına gəldilər.Həzrəti Əbu Bəkr (r.a) dedi:

    Ya Rəsulullah,bir az səbr edin.İcazə verin mağaraya birinci mən girim.İlanlar,əgrəblər sizə zərər verməsin.

    Sonra Peyğəmbər (s.a.v) mağaraya daxil oldu.Səhərə qədər mağarada qaldılar.

    Rəsulullah (s.a.v) başını dostu Əbu Bəkr (r.a) dizinin üstünə qoyub yatdı.Peyğəmbərimiz (s.a.v) yatdıqdan sonra Əbu Bəkri (r.a.) əqrəb sancır və Əbu Bəkr ,Peyğəmbərimiz (s.a.v) oyanmasın deyə ayağını tərpədmir.

    Səhər açılanda Peyğəmbərimiz (s.a.v)Həzrəti Əbu Bəkrin mübarək üzündə bir dəyişiklik görüb səbəbini soruşdu.Həzrəti Əbu Bəkr (r.a.) cavab verdi:

    Ey Allahın rəsulu məni əqrəb sancıb.Sənə əziyyət olmasın deyə səni yuxudan oyatmadım və səhər kimi gözlədim.

    Peyğəmbərimiz ( s.a.v) bu zaman belə dua edir:

    Allahım qiyamət günü Əbu Bəkrə mənim yanımda olmağı nəsib eylə.

    Sonra Peyğəmbərimiz (s.a.v) Əbu Bəkrin yarasına mübarək ağzının suyundan sürtdü.O anda Əbu Bəkr (r.a) şəfa tapdı

    Uca Allah bizləri bu düny və axirət dostu ilə bir yerdə olmağı nəsib etsin.
0 0 0
  • Bir uşaq Allahı axtarırdı. Eşitmişdi ki, Allah göydədir. Hamı göyə üz tutub Allahı çağırırdı.




    Allahı tapmaq üçün ayağa qalxdı. Hər gecə səmanın pilləri ilə yuxarı qalxdı. Buludları sağa-sola verib arxasını gəzirdi. Ərş adlı taxtı axtarmağa başladı. Nə qədər gəzdisə, Allahın taxtını tapa bilmədi. Ayda, ulduzlarda heç bir ayaq izi görünmürdü...
    Səmada axtarışlardan yorulduğu vaxt Yer kürəsi diqqətini cəlb etdi. Yer çox geniş idi. Qərara gəldi ki, Allahı yerdə axtarsın. Yer üzünü gəzdikdən sonra onu qazmağa başladı. Nə qədər qazdısa, qarşısına bir şey çıxmadı. Dağları yardı, dənizlərin dərinliyinə endi. Yenə axtardığını tapa bilmədi. Ümidsizləşdi. Elə həmin vaxt xəfif bir meh əsdi. Meh dedi:
    Bir yer yadından çıxıb. O sən özünsən!
    Beləcə öz vücudunu axtarmağa başladı. Və birdən... Onu, uzun müddət sorağınca gəzdiyi Allahı öz qəlbində tapdı. Ayağını qəlbinə qoyub gözlərindən bayıra boylandı. Allahı ərşdə öz taxtında gördü. Allahı dağlarda, dənizlərdə gördü. Haraya baxırdısa, Allah orada idi!
0 0 0