<<Ey iman gətirinlər! Qadinlara zorla varis cixmaq size halal deyildir. (Qadinlar) açıq-aşkar pis bir iş görmeyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədi ilə onlara əziyyet verməyin. Onlarla gözəl (Allahin buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizə nifrət doğuran bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun>>
(<<ən-Nisa>> surəsi, 19).
<<...Kişilərin qadinlar üzərində şəriətə görə hüquqlari olduğu kimi, qadinlarinda onlar (kişilər) üzərində hüquqlari vardir. Ancaq kişilər (daha artiq əziyyətə qatlaşdiqlari üçün) onlardan bir dərəcə üstündürlər...>> (<<əl-Bəqərə>> surəsi, 228).
Ərlə arvad bir-birinin haqqini tam ödəyərsə, xosbəxt olarlar. Ümumiyyətlə, bu haqq üç qismdir:
1. Bədən ilə əlaqəli haqq;
2. Mal ilə əlaqəli haqq;
3. Ictimai haqq.
Ərin boynunda olan haqqlar
1. Yemək, içmək, geyim və yaşayış yeri ilə qadini təmin etmək: <<Arvadin yeməyi və geyimi öz qüvvəsi dairəsində uşağın atasının üzərinə düşür>> (<<əl-Bəqərə>> surəsi,223).
2. Qadını Allahın və Onun elçisinin (s.ə.s) buyurduğu qaydada tərbiyələndirmək: <<Kişilər qadinlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərindən üstün etməsi və kişilərin öz mallarindan (qadinlari üçün) sərf etməsinə görədir. Əməlisaleh qadinlar (ərlərinə) itaət edib Allahin himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayirlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadinlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və yüngülcə döyün! (Zədə vurmamaq, sındırmamaq, bədənində iz qoymamaq, üzə vurmamaq və s. kobud hərəkətlər etməmək şərti ilə). Sizə itaət etdikdə isə onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah uca və böyükdür>>
(<< ən-Nisa>> surəsi, 34).
Əbu Hureyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Qadınlara diqqət edin, qadın qabırğadan yaranıb. Qabırğanın ən əyri hissəsi onun yuxarı tərəfidir, düzəltmək istəsən sındıracaqsan, düzəltməsən əyri qalacaq. Qadınlara diqqət edin!" (əl-Buxari, 3331).
3. Qadınlarla kobud rəftar etməmək: <<Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər>> (<<Ali Imran>> surəsi, 159).
Arvadın boynunda olan haqqlar
1.Ərinə qulluq (dünyavi işlərdə) və itaət (din) etməlidir:
Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Allahdan qeyrisinə itaət etmək caiz olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim"(Ibn Macə, 2/1852).
Əbu Hureyrədən (r.a) rəvayet olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Kişi qadınını yatağına cağırdıqda, o (qadın) onun (ərinin) istəyini yerinə yetirmədiyi üzündən əri qəzəblənmiş halda yatarsa, mələklər səhərə qədər o qadına lə'nət edərlər" (Muslim, 3526).
Qeyd: Qadın yalnız üzrlü səbəbə görə cinsi əlaqədən imtina edə bilər.
2. Qadinin əri ilə (və ərinin qadini ilə) məzələnməsi (öpmək, qucaqlamaq və s.):
Cabir ibn Abdullahdan (r.a) rəvayət olunan hədisdə peyğəmbər (s.ə.s) demişdir: "Allah zikri olmayan hər bir şey oyun-oyuncaqdır, dörd şeydən başqa: kişinin arvadı ilə məzələnməsi, atını əhilləşdirməsi, iki hədəf arasında qaçması və üzməyi öyrənməsi" (Səhih hədislər silsiləsi, 309).
3. Qadının, ərinin ona etdiyi yaxşılıqlara qarşı nankor olmamalıdır:
Əbu Səid əl-Xudri (r.a) rəvayet edir: <<Peyğəmbər (s.ə.s) bayram günü (qurban və fitrə) qadınların yanına gəlib dedi: "Ey qadınlar ! Allah yolunda sədəqə verin ! Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğu mənə göstərildi". Onlar: "Nə üçün, ey allahın elçisi?" - deyə soruşdular.O dedi: "Bu, sizin cox lə'nət etdiyinizə və ərlərinizə qarşı nankor olduğunuza (ərin əziyyətini heç etməyinizə) görədir">> (əl-Buxari,304).