4 yumurta
200 qr şəkər
2 stəkan smetan
6 x.q. kakao
2 xəmirqabardıcı
600 qr un
Krem üçün:
1 qatılaşdırılmış süd
250 qr kərə yağı
200 qr yerfındığı (araxis)
2 x.q vanil pudinqi
150 qr şəkər
2 stəkan süüd
250 qr kərə yağı
Şokalad qlazuru üçün:
150 qr şokalad
50 qr kərə yağı
50 qr qatı süd
Hazırlanması:
1.Yumurta şəkərlə çırpılır,xama,un,xəmirqabardıcı,kakao qatılıb qarışdırılır və ikiyə ayrələb tort xəmiri bişirilir.
2.Otaq temperaturunda əridilmiş kərə yağına qatılaşdırılmış südü əlavə edilib yaxşıca çırpılır,yerfındığı qovrulur,xırdalanır və kremə qarışdırılır.
3.Bir qazanda Süd bişirilir, digər tərəfdə 50 ml soyuq südə 2 x.q pudinq və 100 qr şəkər əlavə edilib qarışdırılır və bu qarışım ehtiyatla az-az qaynar südün içinə əlavə edilərək yavaş-yavaş qarışdırılır.Vam ocaqda 5 dəqiqə qatılaşana qədər bişirilir və soyudulur.
4.Tort biskvitləri zövqə görə yüngülcə isladılır,ən yaxşısı şokalad dadında siropla islatmaqdır.Tort biskvitinin birini 3-cü yazıda yazılan kremlə yedirib 15 dəqiqəlik soyuducuya qoyulur.
5.Soyuducudan çıxarılan biskvitin üzərinə 2-ci yazıdakı kremin bütünü qoyulur.
6.2-ci biskvitin üzəri də 3-cü yazıdakı kremlə örtülür və onun da üzərinə digər kremli biskvit qoyulur.
Biskvitlərin kənarları şokalad qlazuru ilə örtülür, "Snikers" tortunun üzəri yerfıstıqları ilə bəzədilir.