Alma və pendir piroqu

Son güncelleme: 01.12.2009 19:48
  • Tərkibi:

    125 qr kərə yağı
    125 qr pudra şəkəri
    250 qr un
    4 yumurta
    25 ml süd
    2 alma
    200 qr pendir
    1 portağal
    250 qr şokalad
    Bitki yağı

    Hazırlanması:


    Kərə yağı otaq temperaturunda yumşaldılır


    100 qr pudra şəkəri ilə yağ qarışdırılır və un əlavə edilir

    Xəmirə 2 yumurta sarısı və soyuq süd əlavə edilib yenidən yoğrulur klyonkaya sarınıb 1- 1,5 saata soyuducuya qoyulur


    Soyuducudan çıxarılan xəmir 0,5 sm qalınlıqda yayılır


    Piroq bişirilən forma bitki yağı ilə yağlanır,yayılmış xəmir formaya yerləşdirilir və kanarlara çıxan artıq xəmirlər kəsilir


    Xəmir 180 dərəcədə 15-20 dəqiqə bişirilir


    Pendirli iç hazırlamaq üçün 2 yumurta sarısı 125 qr pudra şəkəri və rəndələnmiş pendir qarışdırılır.Sonra bu qarışığa köpüklənənə qədər çalınmış 2 yumurta ağı əlavə olunur.


    Şokalad və portağal qabığı rəndədən keçirilir,bişmiş piroq altına əvvəlcə dilimlənməç almalar,sonra da rəndələnmiş şokalad və portağal qabığı səpilir


    Ən sonda üzərinə pendirli qarışım əlavə olunur və 180 dərəcədə 15-20 dəqiqə bişirilir


    Piroq hazırdır.



    Nuş olsun!
    Qeyd: Pendirin növü "Filadelfiya"dır
#01.12.2009 19:48 0 0 0