Yuxusuzluqdan əziyyət çəkən boksçu həkimin yanına gəlir. Həkim məsləhət verir: «Yatmağa uzanandan sonra saymağa başlayıb».
Boksçu:
- Yox, bu, mənlik deyil. Doqquza çatan kimi ayağa qalxıram.
xxx
- Niyə dərman içmirsiz?
- Dadı xoşuma gəlmir.
- Siz dərmanı için, elə hesab edin ki, konyak içirsiz.
- Yaxşısı budur konyak içim, elə hesab edim ki, dərman içirəm.
xxx
Xəstə (ümidlə):
- Doktor, mən yaşayacam?
- Həkim (nəzakətlə):
- Sizi ölümdən sonrakı həyat maraqlandırır?
xxx
Həkim xəstəyə iki dərman verir:
- Birini gecə yatmamışdan əvvəl qəbul edin. İkincini səhər - əgər ayılsanız.
xxx
- Doktor, xahiş edirəm, tez gəlin. Arvadımın kor bağırsağının ağrısı tutub!
- Narahat olmayın. İki il əvvəl arvadınızın kor bağırsağını kəsmişəm. Adamda ikinci dəfə kor bağırsaq ola bilməz.
- Düzdü, doktor. Ancaq adamda ikinci arvad ola bilər.
xxx
Həkim xəstənin yanına gəlib deyir:
- Xəstə, mənim Sizə iki xəbərim var – biri yaxşı, biri pis. Hansından başlayım?
- Doktor, yaxşı xəbərdən başlayın.
- Bu xəstəliyə Sizin adınızı verəcəklər.