Hamiləlik dövründə vitaminlərin faydası

Son güncelleme: 01.12.2009 20:40
  • Hamiləlik dövründə həm ananın,həm də dölün sağlamlığı üçün vitaminlərin böyük faydası vardır.
    Vitamin və mineral kompleksinin qəbuluna hamilələr nə vaxt başlamalıdırlar?
    Ümumiyyətlə, hamiləliyə ailə planlaması zamanından hazırlaşmaq lazımdır. Yəni əvvəlcə qadın və kişi müayinələrdən keçməlidir. Bundan sonra əgər heç bir xəstəlik və ya infeksiya yoxdursa, qadın özünü ana olmağa hazırlamalıdır. Hamilə olmaq istəyən qadın orqanizmini normal səviyyəyə gətirməli, lazımi vitaminləri qəbul etməlidir. Çünki, yalnız normal bədəndə normal uşaq böyüyər.
    Hamiləlik dövründə Vitamin və mineralların qəbulu hansı problemlərin qarşısını ala bilər?
    Bir çox problemlərin. O cümlədən, erkən və ya gec doğumun qarşısını alır.
    Bu dövrdə hansı vitaminlərin yenilənməsi vacibdir?
    Əsasən C, E, D, B1, B6, B12 vitaminlərinə və foli turşusuna tələbat artır. Təcrübələrimiz göstərir ki, A və PP vitaminlərinə olan ehtiyac isə çox da dəyişmir.
    Bəs minerallar?
    Hansı mineralın daha vacib olması hələ də mübahisələr doğurur. Adətən hamiləlik boyu nəzarət minerallara olan tələbatın miqdarını müəyyən edir. Çünki, mineralların tək deyil, birgə istifadəsi nəticə verir.
    Hamiləlik dövrü bitdikdən sonra necə, vitamin qəbuluna davam edilməlidir?
    Sözsüz! Çünki, doğumdan sonra süd vermək dövrü başlayır. Bu dövr uşağın gələcək sağlamlığının özülünü qoyur. Təbii ki, körpəni süddən ayırana kimi buna davam etmək lazımdır.

    Müsahibənin qalan hissəsini daha anlaşıqlı olmaq üçün cədvəl şəklində təqdim edirik.

    A vitamini Dölün boyunun uzanmasını təmin edir. Anada bu vitamin çatışmayanda immunitet aşağı düşür, saçın strukturu pozulur, bronxial xəstəliklərə və s. meyllilik artır.
    B1 vitamini Dölün əzələ və sinir toxumasının yaranmasına kömək edir. Ananın iştaha və yuxusunu tənzimləyir. Çatışmazlıq olanda anada əsəbilik, tez yorulma baş verir. Hətta ürəyin normal fəaliyyətinə də pis təsir göstərə bilər.
    B2 vitamini Qan azlığından qoruyur, dölün ümumi normal inkişafına kömək edir. Onun azlığı vaxtından əvvəl doğuşa və anadangəlmə xəstəliklərə gətirir.
    B6 vitamini B6 vitamininin çatışmazlığı yeni doğulmuşlarda qıc olmaya, mərkəzi sinir sisteminin ləng inkişafına səbəb olur. Özünü hamiləliyin ilkin dövrlərində biruzə verir.
    B12 vitamini Dölün qan-damar və sinir sisteminin normal inkişafını tənzimləyir. Bu vitaminin orqanizmdə azlığı anada başgicəllənmə, zəiflik, qanazlığı və s. əmələ gətirir.
    Foli turşusu (Bc vitamini) Dölün böyüməsi və inkişafının sürətini tənzimləyir. Daimi qəbul edilməsi inkişafdakı qüsurları aradan qaldırır.
    PP vitamini Sinir sistemi və əzələ toxumasının gəlişməsini təmin edir. Anada və döldə enerjinin olmasında iştirak edir. Çatışmazlıq olanda anada iştahanın itməsi, qarnın işləməsinə, çəki azlığı, solğunluq və s. baş verir.
    Pantoten turşusu (B5 vitamini) Yağ və karbohidrat mübadiləsində iştirak edir, cinsi orqanların formalaşdırır. Erkən saç ağarması, tökülməsi və qaşınma ilə çatışmazlığı müşahidə olunur.
    Biotin (N vitamini) Yağ və karbohidrat mübadiləsini normallaşdırır. Çatışmazlığı hamilələrdə ürəkbulanma, iştahanın itməsi, əzginlik və süstlük gətirir.
    C vitamini Dəmirin mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir. Çiftin formalaşması üçün əsasdır. Analarda yorulma hiss ediləndə, bu, orqanizmdə onun çatışmazlığı deməkdir.
    D vitamini Orqanizmin sümük və diş toxumasının yaranmasında əvəzsiz olan fosfor və kalsiumum mənimsənilməsini asanlaşdırır. Yenidoğulmuşlarda "raxit" xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Onun azlığı anada əsəb gərginliyinin artmasına və dişlərinin tez çürüməsinə gətirib çıxarır.
    E vitamini Ananı stress, əzələ gərginliyi və qan azlığından qoruyur
    Kalsium Sümük və diş toxumasının formalaşması və düzgün inkişafı üçün vacibdir. Qan dövranını yaxşılaşdırır.
    Maqnezium Əzələrin işi və orqanizmin enerji ilə təmin olunması baxımından lazımdır.
    Dəmir Qan dövranıında iştirak edir, hemoqlabinin tərkibində oksigeni toxumalara daşıyır.
    Sink Dölün inkişafında iştirak edir, immuniteti möhkəmləndirilmə və qan dövranına kömək edir.
    Mis Kollagen və elastinin (damar divarları və dərinin elastikliyini təşkil edən əsas zülal-red.) formalaşması və bioloji oksodləşmə məhz bu mineralın orqanizmdə miqdarından asılıdır.
    Yod Qalxanabənzər vəzinin hormonlarını təşkil edir. Azlığı balacaboyluluq yaradır və uşaqlarda zehni inkişafı ləngidir.
    Manqan Insulinin ifrazı, qığırdaq toxumasının yaranması və yağ-karbohidrat mübadiləsində əsas rol oynayır.
    Xrom Qanda qlükozanın səviyyəsini normallaşdırır.
    Selen Yodla birlikdə qalxanabənzər vəzi hormonlarının ifrazını yaxşılaşdırır.
    Mobilden Orqanizmdə oksidləşmə prosesinin daimiliyini təmin edir.

    Bir çox insanlar xəstələnməyincə həkimə müraciət etmirlər. Amma ən azı ildə iki dəfə müayinədən keçmək, eləcə də, vitamin və mineral kompleksini yalnız lazım olanda deyil, vaxtaşırı qəbul etmək lazımdır.
#01.12.2009 20:40 0 0 0