Hər körpə üçün ən ideal qidanın ana südü olmasını artıq hamımız yaxşı bilirik.
Ana südü körpələrin qoruyucu qalxanıdır. Bu səbəblə ilk süd körpəyə mütləq verilməlidir.
Ana südü bir çox dərmandan daha güclüdür.
Ana südünün və körpənin ana südünü əmməsinin müxtəlif ölçülərdəki faydaları və hikmətləri bu gün üzə çıxmaqdadır. Ana südünün bir körpənin inkişafı üçün lazım olan bütün mineralları və bəsləyici elementləri ehtiva etdiyi uzun zamandan bəri bilinməkdə idi. Ancaq bunun necə təmin olunduğu və körpənin ehtiyaclarına uyğun şəkildə tərkibinin necə tənzimləndiyi hələ də tam olaraq bilinmir.
Ana südündəki mineral və mikroelement konsentrasiyaları (miqdarları) körpənin ehtiyaclarını qarşılayacaq miqdarda tənzimlənməkdədir. Ananın sinəsindəki süd istehsal edən hüceyrələrdə mineral konsentrasiyasını körpənin inkişafına uyğun tənzimlənən xüsusi sistemlərin olduğu təxmin edilməkdədir. Çünki, ananın qidalanma tərzi dəyişsə belə, süddəki mineralların konsentrasiyası dəyişməməkdədir. Ana çox zəif olsa və pis qidalansa belə, südün qida tərkibi və keyfiyyəti bundan təsirlənməməkdədir. Bəzi vəziyyətlərdə sadəcə südün miqdarında azalma müşahidə olunur.
Düzgün pozitivist bir məntiq irəli sürüldükdə, ananın yediyi və içdiyi şeylərin südün tərkibinə təsir etməsi gözlənilirdi. Son illərə qədər ananın yemə və içmə vərdişləri südün tərkibini tənzim etdiyi yəqin edilirdi. Dolayısı ilə ananın sağlam və müvazinətli qidalanmasının, südün keyfiyyətini artıracağı qəbul edilirdi. Ancaq dünyanın müxtəlif yerlərində aparılan tədqiqatlar, bunun minerallar və mikroelementlər üçün doğru olmadığını ortaya çıxarmışdır. Bu çalışmalarda, ana südünün tərkibinin, ananın qan zərdabındakı və vücud depolarındakı mineral və mikroelement konsentrasiyalarından asılı olmadan tənzimlənməkdə olduğu ortaya çıxarıldı. Belə olmasaydı, yoxsul və varlı anaların uşaqları arasında fərq qoyulardı. Halbuki, Mərhəməti Sonsuz Yaradıcı, məsum və aciz balalara belə bir haqsızlıq etməzdi. Və həqiqətən də elmi tədqiqatlar da bunu xüsusilə təsdiqləyirlər.
Əvvəllər ananın qan zərdabındakı kalsium və maqnezium səviyyələri ilə ana südündəki kalsium və maqnezium səviyyələrinin bir-birindən asılı olduğu təxmin edilirdi. Yəni ananın zərdabında kalsium kifayət səviyyədə isə, süddə də kifayət nisbətdə kalsium olduğu düşünülürdü. Ancaq aparılan çalışmalar, ananın əlavə kalsium və ya maqnezium qəbul etməsi ilə süddəki kalsium və maqnezium konsentrasiyasının dəyişmədiyini ortaya çıxardı. Məsələn, Pakistanlı və Nepallı yoxsul və zəif anaların qan zərdabındakı kalsium konsentrasiyaları aşağı səviyyədə olduğu və diyetlə də kalsium almadıqları halda; ana südündəki kalsium konsentrasiyaları, sağlam və düzgün qidalanan analarınkı ilə eyni səviyyədə olduğu bilinmişdir. Ana südündəki maqnezium da, ananın qidalanma şərtlərindən asılı olmayaraq homeostatik mexanizmlərlə tənzimlənməkdədir. Qan plazmasındakı kalsium və maqnezium, homeostatik mexanizmlərlə sıx şəkildə tənzim edilməkdədir. Bu da ana südündəki kalsium konsentrasiyasının hormonal yolla kontrol edildiyini düşündürməkdədir.
Ana südündəki dəmir və mis konsentrasiyaları, ananın düzgün qidalanmamasından, vücud depolarındakı səviyyələrindən, əmizdirmə müddətindən, infeksiyalardan, əmizdirmə müddətində və əvvəlində hamiləlik-əleyhi hormonal dərmanların uzun müddətli istifadəsindən, siqaret çəkməsi kimi ananın dəmir və mis konsentrasiyalarına təsir edən faktorlardan asılı olmayaraq uşağın ehtiyacı nisbətində sabit tutulmaqdadır. Vücuddakı dəmir və mis konsentrasiyalarının həddindən artıq yüksək və ya aşağı olduğu hallarda, yoluxucu xəstəliklərdə və hətta metal elektroforez müalicələrində belə qan zərdabından ana südünə metal ötürülməsində bir təsirlənmə olmamışdır. İlk altı ay boyunca ana südü ilə qidalanan körpələrin, analarının vəziyyətləri nə olursa olsun, süddən əlavə mis və dəmir qəbuluna ehtiyac hiss etməsinə dair heç bir elmi çalışma və ya klinik məlumat indiyə qədər nəşr olunmamışdır.
Dəmir azlığı anemiyası (az qanlılıq) dünyada çox yayılmışdır. Anemiyalı analara dəmir həbləri verilmiş amma süddəki dəmir konsentrasiyasında bir dəyişiklik olmamışdır. Əmizdirən anaların dəmir təyinləri (markerləri) hemoqlobin, serum ferritin (qandakı dəmir qarışığı) və transferrin (dəmir daşıyıcı zülal) hesablamaları ilə aparılmış və ana südündəki dəmir konsentrasiyaları ilə heç bir əlaqə qurula bilinməmişdir. Başqa ifadə ilə süddəki dəmir miqdarı, ananın qidalanma şərtlərindən və zərdabındakı dəmir miqdarından asılı olmayaraq uşağın ehtiyacı olan miqdara görə bilmədiyimiz mexanizmlərlə tənzim edilməkdədir. Məsələn Nigeriyalı, Malayziyalı qadınlar vücudlarındakı dəmir miqdarlarına görə üç qrupa ayrılmış, amma bu qadınların südlərindəki dəmir miqdarları arasında heç bir fərq olmadığı təsbit edilmişdir.
Anemiyalı anaların südlərindəki dəmir konsentrasiyaları ilə sağlam analarınkı qarşılaşdırıldığında aralarında heç bir fərq tapılmamışdır. Hətta əmizdirən analar infeksiyaya tutulduğunda zərdabdakı dəmir konsentrasiyalarında aydın azalmalar müşahidə olunmasına baxmayaraq, süddəki dəmir konsentrasiyası lazımi miqdarda qalmağa davam etməkdədir. Süddəki dəmir konsentrasiyasının da, ananın dəmir səviyyələrindən təsirlənmədiyi və uşağın ehtiyaclarına görə uyğun dozada süddə olduğu təsbit edilmişdir. Başqa cür desək, ananın süd vəzisi hüceyrələrində olan, amma hazırda bilinməyən mexanizmlərlə şəfqət və rəhmətin balalara bir təcəllisi olaraq süddəki dəmir konsentrasiyaları tənzimlənməkdir.
Zərdabda mis; seruloplazmin adlı zülala birləşərək daşınır, amma zərdabdakı mis səviyyələrindəki yüksək miqdardakı artım və ya azalım, süd istehsal edən vəzi hüceyrələri tərəfindən misin udulmasına təsir etməməkdədir. Bəzi süd əmizdirən analara damardan mis tərkibli mayelər verilməsinə baxmayaraq südündəki mis miqdarı körpənin ehtiyacı olan konsentrasiyada qalmağa davam etmişdir. Qısacası, süd vəzi hüceyrələrinə yerləşdirilmiş tənzim edici mexanizm, zərdabdakı metal konsentrasiyalarından təsirlənməməkdədir. Halbuki normal şərtlərdə sistemə girən maddə miqdarı, istehsal olunan maddə miqdarını da müəyyən edir, amma bu model ana südü sintez edən hüceyrələr üçün etibarlı deyildir. Ölkələr və mədəniyyətlər qarşılaşdırıldığında da oxşar nəticə ilə qarşılanılmışdır. Eyni mədəniyyətdəki fərqli qidalanma vərdişlərinə sahib olan qadınlar arasında və ya eyni ölkənin fərqli etnik mənşəli insanları arasında da ana südündəki dəmir və mis konsentrasiyalarında bir dəyişiklik müşahidə olunmamışdır. Nepallı qadınlarla, Amerikalı qadınların zərdablarındakı mis və dəmir səviyyələri müəyyən dərəcədə fərqli olmasına baxmayaraq, südlərindəki dəmir və mis konsentrasiyaları eyni olmuşdur. Braziliyadakı və Amerikadakı hamilələrə və süd əmizdirən analara əlavə dəmir həbləri uzun müddət verilməsinə baxmayaraq ana südündəki dəmir miqdarında bir dəyişiklik müşahidə olunmamışdır. Qambiya və Amerikada uzun müddət kalsium (dəmirin sorulmasını ləngidici) həbləri alan qadınların südlərində dəmir miqdarında bir dəyişiklik müşahidə olunmamışdır.
Qandan, ana südünə dəmir və misin daşınmasında iş görən mexanizmlər hələlik aydın deyil. Bilinən odur ki, ananın dəmir və mis qəbulunun ana südündəki dəmir və mis miqdarlarına heç bir təsir etmir. Məsələn Beta Talassemiya Major və Wilson xəstəliyinə tutulmuş əmizdirən anaların bu vəziyyəti, süddəki dəmir və mis konsentrasiyalarına heç təsir etməməkdədir. Ayrıca uşağın ehtiyacına görə, normada dəmir miqdarı az olan ana südü ilə qidalanan uşaq üçün də bir risk yaranmamaqdadır. Çünki ana qarnındakı körpə, hamiləliyin son üç ayında qaraciyərində ehtiyat dəmir və mis tədarükünü doğulduqdan sonra istifadə edərək bu əskikliyi kompensasiya edər.
Süddə dəmir və misin xüsusən az miqdarda olması, insan südünün bakteriostatik özəllikləri üçün vacibdir. Çünki ana südünün bakteriostatik (bakteriya çoxalmasını dayandıran) özəlliyi ana südündəki dəmir miqdarından qaynaqlanmaqdadır. İn vitro (laboratoriya şəraitində) və in vivo (canlı vücudunda) çalışmalar ana südünün körpəni pediatrik patogen (uşaq xəstəliklərinə aid) mikroblara qarşı qoruduğunu göstərməkdədir.
Eyni hal sink, mis, manqan və xrom üçün də etibarlıdır. Hər gün müntəzəm olaraq sink, mis manqan və xrom həbi alan əmizdirən qadınların, südlərindəki sink, mis manqan və xrom konsentrasiyalarının, kontrol qrupununku ilə eyni olduğu ölçülmüşdür.
Mərhəməti Sonsuz Rəbbimizin məsum və aciz balalara qarşı bir möcüzəsi olan ana südünün bir çox maraqlı və heyrətamiz tərəfini ortaya çıxaran tədqiqatlar artdıqca, inananların imanı da artmaqdadır. Bu son tədqiqat aparılmadan əvvəl bəzi insanlar "yaxşı qidalana bilməyən kasıb anaların balalarına haqsızlıq edilir, hələ dünyaya gələrkən zəif qidalanırlar" deyə düşünə bilərlərdi. Ancaq həm ətrafımızda gördüyümüz bir çox kasıb və qidalana bilməyən ananın balalarının sağlam və normal qidalanmış olaraq dünyaya gəlmələri, həm də bu tip tədqiqatlar, Mütləq Ədalət Sahibi və Şəfqəti Sonsuz Yaradıcımızın mərhəmətinin genişliyini göstərməkdədir.
Ana Südünün Faydaları
1. Xəstəliklərdən qoruyucu antikorlar ehtiva edər, körpənin müqavimət qazanmasını təmin edər.
2. Körpənin zehni inkişafını sürətləndirər.
3. Körpədə dəmir əksikliyinə bağlı qansızlık (anamı) meydana gəlməsini mane olar.
4. Körpənin ağciyər sağlamlığına və yetişkinləşməkdə olan sinir sistemi inkişafına
müsbət qatqılarda tapılar.
5. Körpələrdə göz pozuqluğu ehtimalını azaldar.
6. Peyvəndlərin daha təsirli olmasını təmin edər.
7. Körpənin obez olma riskini azaldar.
8. Körpədə qarşılaşıla biləcək pişik və bənzəri dəri problemləri ilə bir çox infeksiya
riskini azaldar.
9. Körpələrdə diş, çənə və danışma inkişafı daha sürətli olar.
Sanılanın əksinə əmizdirmə dövründə unlu, şəkərli və yağlı qidaların istehlakının süd meydana gəlməsinə əlavə qatqısı var.
Hamiləlik Dövründə Yaxşı Bəslənmənin 2 Təməl Məqsədi Vardır;
a. Ananın qidan anbarlarını tarazlıqda tutaraq sağlamlığını
qorumaq,
b. Sekresiyalanan südün kafiliyini və məhsuldarlığını artırmaq və
başqa sözlə körpənin normal böyümə və
inkişafını təmin etmək.
Yaxşı bəslənən anaların südləri ilə nizamsız və sağlamlıqsız bəslənən anaların südləri müqayisə edildiyində nizamlı bəslənən anaların südlərinin vitamin tərəfindən daha zəngin olduğu görülmüşdür...
ABŞ - ın Pitssburg Univetristetində aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, uşaqları ana südü ilə qidalandırmaq uşaqlarının sağlamlığı ilə yanaşı həm də anaların sağlamlıqları üçün faydalıdır.
139 min qadın üzərində aparılan tədqiqatlar zamanı övladını bir il müddətində əmizdirən qadınların heç əmizdirməyənlərə nisbətən daha sağlam olduğu meydana çıxmışdır.
Tədqiqatlar zamanı müəyyən olunmuşdur ki uşaqları uzun müddət əmizdirməyin ürək damar xəstəlikləri, diabet, yüksək təzyiq və iflic kimi xəstəliklərə qarşı faydalı olur.