Üzeyir Hacıbəyli haqqında kitab

Son güncelleme: 04.12.2009 23:17
  • Üzeyir Hacıbəyli Kitap Tanidimi


    Üzeyir Hacıbəyli haqqında kitab hazırlanır

    2010-cu ildə bəstəkarln bu vaxta qədər işıq üzü görməyən əsərləri nəşr ediləcək

    noimage

    Musiqi tariximizdə ilklərə imza atan dahi bəstəkar, yazıçı və dramaturq Üzeyir Hacıbəyli haqqında kitab hazırlanır. Nəşrin müəllifi olan əməkdar incəsənət xadimi, Üzeyir Hacibəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovun sözlərinə görə, bu, bəstəkarın xatirəsini yaşatmaq üçün həyata keçirilən silsilə layihələrin davamıdır.

    5 fəsildən ibarət olan kitabda dahi bəstəkar haqqında nəinki o dövrün tanınmış incəsənət xadimlərinin, həmçinin Üzeyir bəyin kömək etdiyi sadə insanların xatirələri də yer alacaq. Nəşr bəstəkarın ev muzeyində saxlanılan müxtəlif sənədlər, müasirlərinin xatirələri, mətbuatda bəstəkar haqqında dərc olunan materiallar əsasında tərtib ediləcək.

    Qeyd edək ki, 2010-cu ildə Üzeyir Hacıbəylinin bu vaxta qədər işıq üzü görməyən əsərləri nəşr ediləcək.
#04.12.2009 23:17 0 0 0