Naxçıvan Dövlət Universiteti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yeganə dövlət universitetidir.
Coğrafi mövqeyinə görə Naxçıvan Dövlət Universiteti Şərqin qapısında'Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının sərhəddində yerləşir.
Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunun Naxçıvan filalı kimi yaradılmışdır.
Regionun ehtiyacları nəzərə alınmaqla 1972-ci ildə Naxçıvan filalının bazası əsasında Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu təşkil olunmuşdur.
1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə mövcud Pedaqoji İnstitut Naxçıvan Dövlət Universitetinə çevrilmişdir.