Xan Sarayı -Şəki

Son güncelleme: 05.12.2009 12:31
  • noimage


    XVlll əsrdə tikilən xan sarayları icərisində ən qiymətlisi Şəki xanlarının şəkidəki sarayıdır. Binanın hər iki mərtəbəsi eyni quruluşdadır.Mərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır .Binanın plan quruluşu yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur.Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilmişdir.

    Tavanda 5mindən artıq rəsmli həndəsəli fiqurlardan hazırlanmış bədii tərtibatdan ibarətdir.Şəki xan sarayının ümumi memarlıq quruluşu ilə yanaşı əsas cəhətlərdən biridə odurki bu binada müftəlif sənəd nümunələri toplanıb. Suvaq üzərində rəngli naxış, şəbəkələri təşkil edən ağac oyma, salon və otaqlardakı rəsm təsvirləri qiymətli rəsm əsərləridir. Burada həmdə rəngli şüşə parçalardan bərkidilmiş həndəsi naxışlı pəncərə şəbəkələri diqqəti cəlb edir. Şəki xan sarayı
    çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsada sonralar dəfələrlə tə'mir edilmişdir. Sarayın içərisindəki təsvirlər nəbati,ornament,konpazisiyalarından, ov və müharibə səhnələrindən ibarətdir. Bu təsvirlərin işlənməsində rəssamlar əsas etibarı ilə göy, qırmızı, qızılı və sarı rənglərə üstünlük veriblər. Şəki xan sarayının divar təsvirlərində işlənən bir neçə nəqqaş və ustanın adı binanın daxilində müxtəlif yerlərdə yazılmışdır.Həmin sənətkarlar XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın bunların içində yoxdur. Binada başqa ikinci mərtəbənin tavanındakı təsvirda ustad Abbasqulunun adı yazılmışdır. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. ikinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında tə'mir edən və bə'zilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında yazılmışdır. XlX əsrin axırlarında xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini tə'mir edən Şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılmışdır.Şəki xan sarayı 1955-1956-cı illərdə memar H.Q Rzayevin lahiyəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılmış və abidə ilkin halına salınmışdır.
#05.12.2009 12:31 0 0 0