Kobudluq

Son güncelleme:
  • Kobudluq.

    Bəzən elə olur ki, ətrafımızdakı hər kəs nəzakət qaydalarını pozmağa və əhvalımızı korlamağa can atır. Avtobusun sürücüsü xırdanız olmadığına görə deyinir, satıcı ona borcluymuş kimi xidmət göstərir, ofisiant duz gətirmək xahişinizi yerinə yetirmir... Əsəbləşmədən öncə psixoloqların aşağıdakı məsləhətlərini oxuyun, ola bilsin, bundan sonra gözəl əhvalınız pozulmayacaq. Ekspertlər, ilk növbədə, "kobudluq" sözünün mənsını müəyyənləşdirməyi əsləhət görür. Kobudluq insanın ədəbsizliyi, nəzakətsiz hərəkəti və ya söylənməsidir. Kobud insan qəbul olunmuş etika qaydalarına əməl etmir. Psixoloqlar qeyd edirlər ki, bir hərəkət müxtəlif insan qrupları tərəfindən fərqli tərzdə qəbul edilir. Məsələn, yeni yetmələr öz aralarında danışarkən qeyri-etik sözlərdən istifadə edir və bunu heç də kobudluq saymırlar. Ancaq onlar başa düşürlər ki, böyüklərlə bu tərzdə danışsalar, ədəbsizlik etmiş olarlar. Ümumi qəbul olunmuş normalara əməl etmək nəzakətlilikdir, amma onları pozmaq heç də həmişə kobudluq deyildir. Situasiyaya nəzər salsaq: yeni qonşumuz sizinlə salamlaşmadı . Bu o deməkdir ki, o sizə qarşı nəzakətsizlik etdi? Bəli, o, ümumi qəbul olunmuş normanı pozdu, amma bəlkə buna bir səbəb var? Ola bilsin, o utancaqdır və ya keçmiş evində qonşuları o qədər zəhlətökən olublar ki, indi o sizinlə yaxınlıq etməyə çəkinir.
0 0 0