Sevgidən ağlayan görməmişdim mən

Son güncelleme: 07.12.2009 18:39
  • Sevgidən ağlayan görməmişdim mən

    Sevgidən ağlayan görməmişdim mən
    Sənin qədər heç vaxt sevməmişdim mən
    Belə sevilməkçün görməmişdim mən
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Səninlə xoşbəxtəm, hamıdan fərqli
    Səndən öncə gəzirdim yamanca dərdli
    Səninlə tanıdım əri, namərdi
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Sənli dünyam mənə zəfər görünür
    Sənsiz keçən ömür hədər görünür
    Sevgindən qəlbimə atəş bürünür
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Sənə bağlanmışam qısa zamanda
    Səninlə bağlıdır arzu, güman da
    Sənsiz heç getməyir, durur zaman da
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Bil ki, özümdən çox sevirəm səni
    Gözləyirəm hər han şirin kəlməni
    Olmusan qəlbimin bircə həmdəmi
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Sanki bir dünyamda iki dünyasan
    Sanki körpə tək mənə ana laylasan
    Daim arzuladığım şirin xülyasan
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Axtarmışam səni ömrüm boyunca
    Mən səni sevəcəm sənnən doyunca
    Sənsiz həyat mənə olub oyuncaq
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Sən mənim balaca dünyam olmusan
    Daim gözlədiyim xülyam olmusan
    Yatıb görmədiyim röyam olmusan
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Gözlərimin baxan nuru sən oldun
    Ürəyimin sevimli yarı sən oldun
    Yaxşı ki məni sevən barı sən oldun
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Döyünən ürəyim, həyəcanımsan
    Sən mənim damarda axan qanımsan
    Qəlbimə yazılan bircə yarımsan
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    Sən mənim həyatda arzum-amalım
    İstərdim hər zaman yanında qalım
    Sən mənim şirinim, şəkərim-balım
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.

    İstərəm indicə yanına gəlim
    Səni sevdiyimi desin bu dilim
    Səninlə yazılıb mənim əcəlim
    Sən mənim ömrümə bahar tək gəldin
    Yazda bitən birinci nübar tək gəldin.
#07.12.2009 18:39 0 0 0