Qəzəl-Nigar

Son güncelleme: 07.12.2009 22:11
  • Göz açandan bu bizim nəşəli dünyaya nigar,
    Tən olub gözəlliki ilə günəşə, ayə nigar.

    Həyatın baxça-bağında o, gözəllik gülüdür.
    Müşki-ənbər verəcək bülbülü-şeydayə nigar.

    Şəlalələr axacaqdır, olacaq bağı çəmən,
    O, gözəl qədəmlərini qoyarsa səhraya nigar.

    Bu gözəllik önündə dalğada sakit dayanar.
    Tək nəzər salıb, baxsa əsrari-dəryaya nigar.

    Bu gözəl əşarı teymur sənə ithaf elədi,
    Sənki, layiq olmusan hər cürə mənaya nigar.
#07.12.2009 22:11 0 0 0