Makiyaj vasitələrinin ömrünü siz də uzada bilərsiniz

Son güncelleme: 08.12.2009 07:39
  • Bəzi qadınlar çantasının əbədi sakininə çevrilən makiyaj vasitələrini tam istifadə etməmiş atırlar. Nəticədə ilk növbədə büdcəyə ciddi ziyan dəyir. Təklif edilən bir neçə asan vasitədən istifadə etməklə, bu vasitələrdən sonuna qədər istifadə edə bilərsiniz.

    Tuş - kipriklərə gözəllik verən bu məhsulun ömrünü uzatmağın iki yolu var. Birincisi tuşun fırçasının üzərinə ya bir neçə damla ilıq su, ya da hind yağı damızdırmaq olar. Sonra fırçanı qaba qoymaqla tuşun ömrünü uzada bilərsiniz. Ancaq bu üsul suya qarşı davamlı ola biləcək tuşlarda məsləhət deyil. Onları sadəcə yağ ilə yumşalda bilərsiniz.

    Dodaq boyası - boyanın dodağa sürtülməsi üçün nəzərdə tutulan hissəsi bitibsə, artıq fırçadan istifadə etməyin vaxtı gəlib. Boyanı fırça ilə sürtmək daha yaxşı effekt verəcək.

    Dırnaq boyası - boyanı ağlınıza gələn maye ilə sulandırmayın. Qaba bir neçə damçı aseton tökməklə onu yenidən istifadə edə bilərsiniz.

    Göz və dodaq qələmləri - qələmlər ən çox ucları qırılaraq ziyan görürlər. Qırılmaması üçün onları ən azı yarım saat soyuducuda saxlamaq məsləhətdir.
#08.12.2009 07:39 0 0 0