Müəllimlərin şablon sözləri

Son güncelleme: 08.12.2009 07:42
  • Bunu imtahanda görərik!
    - Mən bunları onsuzda bilirdim!
    - Buna oxşar suallar universitetdə çox tez-tez düşür.
    - İnsan deyiləni bir dəfədə başa düşər, üzr istəyirəm siz axmaqsınız?
    - Arxa tərəf danışığı kəssin!
    - Nə olur orda?
    - Bunun hesabını imtahanda soruşacam!
    - Buranı diqqətlə dinləyin. Bir çox şagir xətaları burda edir.
    - Danışmaq istəyən bayıra çıxsın! Qapı açıqdır!
    - Sizi zorla gətirmirlər, bura istəməyən gəlməsin!
    - Kimlər tapşırıqları yerinə yetirməyib?
    - Tapşırıqları yerinə yetirmədən gəlməyin!
    - Bizim zamanımızda valideyinlərimiz əti sənin sümüyü mənim deyərdilər.
    * * *
    - İmtahanda - Bir birinizə baxmayın!
    - İmtahanda - Bu andan etibarən hamı bir biri ilə küssün!
    - İmtahanda - Köçürdəni öldürərəm!
    - İmtahanda - Oğlum (qızım) bir daha görməyim!
    - İmtahanda - Oğlum (qızım) kağızını ver. Məni axmaq yerinə qoymayın!

    - Mən tələbə ikən heç köçürməzdim.

    - Bir suala cavab axtararkən - Oğlum (qızım) neçə dəfə deyəcəm ki ora elə deyil!!!
    - Lövhədə suala cavab axtararkən - Səhvdir, otur!
    * * *
    - Bu söhbət haqqında çox dnaışmayacam, gələcəkdə özünüz görəcəksiniz.
    - İmtahana yaxşı hazırlaşın!
    - Növbətçilər - Oğlum (qızım) zəng olub artıq girin sinifə.
    - Çıx çölə!!!
    - Siz evdə də beləsiniz?
    - Sinifə daxil olan şagir qapını örtməzsə - Evinizdə qapı yoxdur?
    - Lövhəni silin (qız ayağa qalxarsa) Sinifdə kişi yoxdu?!
    - Niyə dərs oxumursunuz?
    - Sən artıq oxumursan... Dərslərini unutdun.
    - Bu dəqiqə təbaşiri başına tulluyacam!!!
    - Yerdəki zibilləri tez yığışdırın!
    - O telefonu bura gətirin tez!
    - Dərsdə yemək olmaz! Neçə dəfə deyəcəm?
    - Tənəffüsə çıxmırsınız!
    - Hamınızı buraxacam.
    - Əgər hamınız düzgün qeydlər aparsanız, ağıllı olsanız imtahandan keçə bilərsiniz.
    - Oğlum çayxanada oturmusan? Düz otur!
    - Yatın, yatın, hamısı imtahanda çıxacaq!
    - Qeyd etməyənləri mən bir qeyd edim.
    - Oğlum, filankəs) Sabah valideyininlə gəl!
    - Kitabı dəftəri omayan çıxsın çölə!
#08.12.2009 07:42 0 0 0