Gəlinlik geymək, toy günündə hamıdan gözəl görünmək hər bir qızın arzusudur. Hamıya bəllidir ki, toy günü mərasimdə iştirak edən qonaqların gözü gəlində olur. Bütün bunları nəzərə alsaq gəlinlik seçməyin necə çətin bir iş olduğunu yəqin ki, təsəvvür etmək olar. Bu məqaləni oxuyan qadınlar üçün bu iş nisbətən asanlaşacaq. Belə ki, donu bürcə görə seçərək toyda cazibədar görünmək olar.
Qoç - alov ünsürlü olduqları üçün iddialı paltarları sevirlər. Sadə və işıltılı geyimlərə üstünlük verir.
Buğa - bel və sinə dekoltelərini çox xoşlayırlar. Gözəllik adına hər cür detalın gəlinlikdə olmasını arzulayır.
Əkizlər - fərqli və sadə modelləri xoşlayır. Ancaq bəzən bu bürcün qadınları başqalarının təsiri ilə çox cəlbedici gəlinlik seçə bilərlər.
Xərçəng - şifon və əl işlərindən ibarət romantik görünüşlü parçalara üstünlük verir.
Şir - şahzadə kimi görünmək istəyirlər. Təntənə onlar üçün vazkeçilməzdir.
Qız - sadəliyi sevir. Özlərinə qarşı sonsuz güvəni olur. Seçdikləri parçalar ilə şık zövqlərini biruzə verirlər.
Tərəzi - əl işləri ilə bəzənmiş don və fata, qabarıq ətək, uzun quyruq və daşlarla bəzənmiş gəlinlik arzusundadır.
Əqrəb - qabarıq ətək, zərif və romantik görünüşlü gəlinlik seçir. Çiçək və daşlarla bəzənmiş gəlinliklərdə onların maraq dairəsinə daxildir.
Oxatan - fərqli paltarları sevirlər. Təntənəli gəlinlik onların arzusudur.
Oğlaq - saraylara layiq bir təntənə istəyirlər. Modern üslüb və quyruq mütləqdir.
Dolça - tarixi geyimləri xatırladan gəlinlik axtarır. Onları Yunan mifalogiyası, fransız qadınlarının korseti və böyük donları, XVI əsrin modelləri maraqlandırır.
Balıqlar - romantik və işıltılı gəlinliklərə üstünlük verirlər.