Şaxta baba

Son güncelleme: 09.12.2009 00:20
  • Şaxta baba olmaq üçün 60 manat ödəmək lazımdır

    Yeni ilin gəlişinə cəmi 23 gün qalıb. Yeni il bayramında uşaqların daha çox sevdiyi, əyləndiyi şaxta baba, qar qız və bərli-bəzəkli yolka ağacıdır.
    Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirilir ki, paytaxtda müəyyən olunan yerlərdə yeni il prizlərinin hazırlanması və fəaliyyəti üçün indiyədək 40-a yaxın şəxs müraciət edib.
    Yeni il prizlərinin dekabrın 15-dən sakinlərin ixtiyarına verilməsi nəzərdə tutulur. Meriyanın Ticarət və Xidmət Departamenti mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, hazırda müraciətlərə baxılır. Milli Park istisna olmaqla paytaxtın müəyyən olunan yerlərində yeni il atraksyonunun hazırlanması üçün müraciət müddəti ayın 15-dək uzadılıb.O vurğulaylb ki,dövlət rüsumu olaraq, bir ay müddətinə 60 manat ödəməklə şaxta baba, yolkaların bəzədilməsi mümkündür.
    Paytaxta baş yolkanın qurulması məsələsinə gəlincə isə bunun dekabrın 10-dan sonra dəqiqləşəcəyi bildirilir.
#09.12.2009 00:20 0 0 0