Tarihte Bugün-9 dekabr

Son güncelleme: 09.12.2009 10:47


  • 9 dekabr. İlin sonuna 22 gün qalır

    1048. Şərq mütəfəkkiri əl-Biruni vəfat edib

    1917. İngiltərə ordusu Osmanlı dövlətinin tabeliyində olan Qüdsü işğal edib

    1925. Zaqafqaziya kommunist təşkilatlarının IV qurultayı başa çatıb

    1927. Sovet şairi Mayakovski Bakıya gəlib

    1931. İspaniyada İkinci Respublika yaradılıb

    1941. Çin, Yaponiya, Almaniya və İtaliya saziş imzalayıblar

    1950. Harri Gold atom bombasının sirlərini SSRİ-yə verdiyi üçün 30 il müddətinə azadlıqdan məhrum edilib

    1963. Azərbaycanın görkəmli rejissoru Lətif Səfərov vəfat edib

    1961. Tanzaniya müstəqillik qazanıb, Julius Nyrere prezident seçilib

    1973. Xalq artisti, görkəmli aktyor Lütfəli Abdullayev vəfat edib

    1985. BMT-nin üzv ölkələri yekdilliklə terrorizmin bütün formalarını cinayət kimi qiymətləndirən qətnamə qəbul ediblər

    1989. AXC idarə heyəti buraxılıb, onun səlahiyyətlərini yerinə yetirən, radikallardan ibarət Müvəqqəti Təşkilat Qrupu yaradılıb və nəticədə radikallar daha da fəallaşıb

    1990. Polşada prezident seçkilərində Lex Valesa qalib gəlib

    1992. BMT Somalidə sülhməramlı əməliyyatlara başlayıb

    1992. İngiltərə şahzadəsi Çarlz və Şahzadə Diana ayrıldıqlarını açıqlayıblar

    1996. BMT İraq əhalisinə neft əvəzinə ərzaq vermək haqqında qətnamə qəbul edib

    1997. Klod Monenin "Truvildə çimərlik" tablosu 8,6 mln ABŞ dollarına satılıb

    1998. Rut Dreifuss İsveçrə Konfederasiyasının ilk xanım prezidenti seçilib

    1998. Arxeoloqlar Cənubi Afrikada yaşı üç milyon ildən çox olan ilk (bütöv) insan skeletinin tapıldığını bildiriblər

    2003. İraq Dövlət Şurası bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Səddam Hüseynin keçmiş rejimində yüksək vəzifə sahibləri olmuş şəxsləri araşdırmaq üçün xüsusi məhkəmə təşkil edib

    2004. Kanada Konstitusiya məhkəməsi eyni cinsdən olan insanların evlənmələrinin konstitusiyaya zidd olmadığı qərarını verib

    2005. Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilib, onu Rövnəq Abdullayev əvəz edib

    2007. Milli Məclisin qərarı ilə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilib

    2008. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi dəfn olunub...

#09.12.2009 10:47 0 0 0