Son günlər futbol meydançalarında baş vermiş qeyri-adi hadisələrin sayı çoxalıb. Almaniyanın "Stuttgart" komandasının qapıçısı ötən gün azarkeşlərin gözlərinin qarşısında böyük bir qalmaqala imza atıb. Belə ki, bir vaxtlar Almaniyanın milli komandasında da bu ölkənin qapısını qoruyan Lehman tualet ehtiyacını qarşılamaq üçün qapı dirəyinin arxasındakı reklam panellərini seçib. Azarkeşlərin təəccüblü baxışları qarşısında təbii ehtiyacını qarşılayan Lehman rəqib komandanın hücuma keçdiyini görərək tələsik qapıya qayıdıb. Vəziyyətdən çıxdıqdan sonra hakim təcrübəli qapıçıya sarı kart göstərib. Oyun başa çatdıqdan sonra Lehman verdiyi açıqlamada, baş vermiş hadisəni çox gərgin olması ilə izah edib.
Qeyd edək ki, çempionlar liqasının G qrupunda Almaniyanın "Stuttgart" komandası ilə Rumıniyanın "Unirea Urziceni" komandası arasında keçirilən qarşılaşma birincilərin 3-1 qələbəsi ilə baş çatıb.