Bununla da mədən ətrafında öz qohumlarını gözləyən insanların, fəhlələrin sağ qalacağına dair ümidləri puç olub.
Türkiyədə baş vermiş mədən qəzasında uçqun altında qalan fəhlələrin cəsədləri tapılıb. ANS PRESS "Ihlas" agentliyinə (İHA) istinadən xəbər verir ki, bu barədə məlumatı Cumhuriyyət Xalq partiyası (CHP) Bursa millətvəkili Abdullah Özer yayıb. Millətvəkili bildirib ki, hadisə yerindəki axtarış və xilasetmə dəstələri mədəndən 19 fəhlənin cəsədini tapıb, bununla da mədən ətrafında öz qohumlarını gözləyən insanların, fəhlələrin sağ qalacağına dair ümidləri puç olub.
Xatırladaq ki, ötən axşam yerli vaxtla saat 20.30 (Bakı vaxtıyla saat 22.30) radələrində Bursa vilayəti Mustafakamal rayonunun Dəvəçi kəndindəki 220 metr dərinlikdəki kömür mədənində metan qazı partlaması nəticəsində uçqun baş vermişmişdi. 4 fəhləni hadisə yerindən sağ-salamat çıxaran axtarış-xilasetmə dəstələri 19 nəfərin cəsədini tapıb.