Bədənə yaxın

Son güncelleme: 13.12.2009 19:21
  • Tər dəriyə xeyirdir. Tər ifrazı zamanı dəri nəmlənir və elastikləşir. Əgər tər pis qoxu ilə ifraz olunursa, demək, tər vəzilərinə bakteriya yoluxub. Həmin bakteriyalar isə nəm şəraitdə 2 dəfə artıq çoxalır.

    Tər ilə mübarizənin 5 yolu

    1. Bədən tərləyirsə
    İsti içkilərin qəbulunu minimuma qədər azaltmaq lazımdır.
    2 xörək qaşığı duzu suda həll edib, vanna qəbul etmək tər ifrazını azaldar.

    2. Üz tərləyəndə
    Çiy süddə isladılmış pambıqla üzü silmək lazımdır.
    Soyuq, yaşıl çay ilə üzü yaxalayın. Prosedurdan sonra üzü silmək olmaz. Çay dəriyə hopmalıdır.
    Yatmazdan əvvəl üzə xiyar və ya pomidor dilimi sürtün.
    3. Ovuclar tərləyəndə
    Elləri tünd, yaşıl çay və ya sürvə (şalfey) ilə yaxalayın.
    1 limonun şirəsini 1 stəkan araqda həll edib, məhlulla əlləri silin.
    1 litr suya 3 çay qaşığı sirkə (5 dəqiqə) və ya xörək duzu töküb, əlləri məhlulda 10-15 dəqiqə saxlayın.

    4.Qolaltı tərləmə
    10 qram palıd ağacının qabığını sürtgəcdən keçirib, 1 stəkan suda 15-20 dəqiqə qaynatmaq lazımdır. Məhlula yarım stəkan araq, 1/4 nisbətində sirkə, 10 qram kvas töküb, qolaltına çəkin.

    5. Ayaq tərləyəndə
    Ayaqlara bor tozu səpin.
    Nanə, gicitkan, çobanyastığı, dəvədabanı və palıd ağacının qabığını dəmləyib, ayaqları məhlulla yuyun.
#13.12.2009 19:21 0 0 0