Virtual məhəbbət bəlkə də
realda olandan da güclü olur.
Insanlar bir-birlərini gördükce qarşı terefin
müeyyen çatışmazlıqlarını görürlər.
Virtual məhəbbət bəlkə də real da olandan da güclü olur. İnsanlar bir-birlərini gördükcə qarşı tərəfin müəyyən çatışmazlıqlarını görürlər. Bəlkə də zaman keçdikcə, sevmədiklərini anlayaraq, getdikcə soyuqlaşıb, ayrılırlar. Lakin virtualda hər şey fərqlidi. Monitorun arxasından sənə xoş sözlər deyən insanın gözlərini görə bilmirsən. Gözlər isə qəlbin aynasıdı. Soyuq monitor gözləri ile o, sənə dünyanın ən gözəl iltifatlarını edir, sevdiyini söyləyir. Maraqlı varlıq olan insan isə sevilməyə həmişə ehtiyac duyur. Zaman keçdikcə qarşı tərəfin varlığına olan alışqanlıq yaranır...və getdikcə hisslər dərinləşir.
Münasibətlər davam edir. Lakin vaxt görüşə gəlib çatanda hər şey dəyişir. Virtualdan tanıyıb, sevdiyin, xəyallarında ülviləşdirdiyin insanın əslində sənin düşündüyün kimi olmadığını görəndə...bütün ümidlərinin suya düşüb sındığını anlayırsan.Bilirsinizmi, bu nə pis hissdi. Və özünə gülməyin gəlir...Düşünürsən: "Yəni mən bu qədər səhv edə bilərdim?" və sualının cavabını
isə tapa bilmədikcə...bax ən pis olanı isə budur. Və görürsənki, o artıq yoxdur. Daha səni axtaran da yoxdu, məktub, sms yazan da yoxdu. Bir müddətlik özünü dünyanın unudulmuş insanı hiss edirsən və tənhalıqdan əziyyət çəkirsən. Hətta sənə ondan xəbər gətirən, elektron ünvan, mobil telefon kimi dilsiz varlıqlara belə nifrət etməyə başlayırsan. Lakin bunların bir xeyri yoxdu. Çünki, sən təsəvvur etdiyin hissler yalnız virtual olaraq var idi, onların real variantını isə sən öz nağılında uydurmusan. Nağıllar isə həmişə gerçək olmur..
Virtual məhəbbətin digər variantı isə xoşbəxt sonluğla bitənidi. Yəni axtardığını tapmısan. O səni, sən də onu sevirsən.Digər variant isə əvvəl dostluqla başlayanıdı. Bu şəxslər bir-birlərini sevsələr də deməyə üzləri gəlmir. Bu ən maraqlı olanıdı. Yəni dostunu sevirsən amma öz sevgini deməklə qarsı tərəfini itirəcəyinden qorxursan. Sevgini etiraf etsən bəlkə də itirdin, lakin etməsən bəlkə də sonra gec olar... Hər ikisinin başlanğıcında itirmək durur, ya həmişəlik, ya da bir müddətlik...Bir müddütlik, ona görə ki, onun da sənə qiymət verib, sevmək ehtimali var...Sonda yenə sevgi..ailə dayanır.
Sizin virtual məhəbbətiniz olub? və əgər olubsada onun nəticəsini görmüsünüz?