Xaqani Şirvaninin vəfatından 810 il keçir

Son güncelleme: 15.12.2009 20:38
  • Klassih söz ustadının xatirəsi bu gün keçirilən milli seminarda hörmətlə anılıb
    Adı ədəbiyyat tarixinə şairlərin «Xaqan»ı kimi yazılan böyük ustad yaddaşlarda qəzəl, qəsidə, gözəl beytlərin müəllifi kimi 8 əsrdən çoxdur yaşayır. Ədəbi irsimizdə ilk poema da Xaqani təfəkkürünün məhsuludur.Klassih söz ustadının xatirəsi bu gün keçirilən milli seminarda hörmətlə anılıb.Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması çərçivəsində reallaşan tədbirdə İSESKO-nun Tehran ofisinin nümayəndəsi də iştirak edib.Mərasimdə Xaqaninin bədii irsi Azərbaycan ədəbiyyatı intibah dövrünün kamil əsərləri kimi təhlil edilib. Onun yaradıcılıq ideyasının müasir dövr üçün də aktual olduğu bir daha vurğulanıb.
#15.12.2009 20:38 0 0 0