Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir. Şimaldan Azərbaycanın Kəlbəcər rayonu, şərqdən Xocalı,Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir.Ərazisi əsasən dağlıq relyefdən ibarətdir.Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqları vardır.
İqtisadi xarakteristikası
Burada əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf edib. 217 mədəniyyət müəssisəsi; 142 səhiyyə obyekti;133 idarə və müəssisə;100 ümumtəhsil məktəbi;5 məktəbəqədər müəssisə;5 musiqi məktəbi;1 internat məktəbi;1 orta texniki peşə məktəbi;1 rabitə müəssisəsi