Rayonun ərazisi Kiçik Qafqaz dağlarının cənub-şərqində yerləşmişdir. Rayon cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi əsasən dağlıqdır.
İqtisadi xarakteristikası
İşğaldan əvvəl rayonun iqtisadiyyatının əsasını heyvandarlıq, üzümçülük və baramaçılıq təşkil edirdi. Rayonda üzümün ilkin emalı üçün zavod, tikiş, xalça, cihazqayırma sexləri, ümumiyyətlə 8 sənaye obyekti mövcud idi. Rayonda 12 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 78 kitabxana, 510 çarpayılıq xəstəxana birləşmələri, 72 ümumtəhsil, 3 musiqi məktəbləri var idi.
Tarixi və mədəniyyət abidələri
Tarixi və memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Məcid hamamı, Xubyarlı kəndində dairəvi və səkkizguşəli türbələr (XIX əsr), Şıxlar kəndində dairəvi türbə(XIV əsr), Xudafərin körpüsü, Dağtumas kəndində "Divlər sarayı mağarası", Qalacıq kəndində "Məsçid təpəsi", "Canqulu" və "Qumtəpəsi" kurqanları, Diri Dağında "Qız qalası", Dağtumasda "Başıkə*** kümbəz", Sirikdə "Qala" və s. abidələri mühafizə olunmuşdu.