İş adamının keçmiş sevgilisi ilə görüşməsi Gündəşi qəzəbləndirib
Türkiyəli müğənni Ebru Gündəşlə azərbaycanlı sevgilisi, iş adamı Rza Zərrabın münasibətləri haqqında bir-birini təkzib edən məlumatlar yayılır.
Bir neçə gün əvvəl sevgililərin ayrıldığı barədə xəbər yayılıb, sonra isə müğənni ilə iş adamının evlənməyə hazırlaşdığı məlumatı dolaşmağa başlayıb. Son olaraq, Türkiyənin bu gün Türkiyənin "Günəş" qəzetində sevgililərin ayrılmadığı, amma mübahisə etdikləri barədə məlumat dərc olunub.
Lent.az xəbər verir ki, həmin məlumatda müğənni ilə sevgilisinin tez-tez dalaşdığı bildirilir. Belə ki, Rza Zərrab hələ də keçmiş sevgilisi Azəri Günellə görüşürmüş. İş adamı hətta Azəri qızına hədiyyələr də göndərirmiş. Sevgilisinin bu hərəkəti Ebru Gündəşi möhkəm qəzəbləndirib. Nəticədə Gündəş özündən 10 yaş kiçik Zərrabla dalaşıb.