2 qaşıq ərinmiş kərə yağı və ya duru yağ
1 toyuq (təxminən 1 kg 500 q) - 10 tikəyə bölün (mən burada hərdən sümüksüz bud ətindən istifadə edirəm)
4 ədəd orda boy soğan - doğrayın
8 ədəd orta boy pomidor - soyun və iri-iri doğrayın
3 diş sarımsaq - soyun və xırda-xırda doğrayın
təxminən yarım stəkan doğranmış göyərti qarişığı (keşniş, cəfəri, tərxun, reyhan, şüyüd)
bir çimdik qırmızı acı toz-bibər (zəruri deyil, mən istifadə etmirəm)
duz
istiot
1. Yağı iri tavada əridin. Toyuğu əlavə edib yağda hər tərəfini bir az qızardın (çox qızarmasın). Soğanı tavaya əlavə edib, 10 dəqiqə hərdən qarışdıra-qarışdıra bişirin.
2. Pomidoru əlavə edib, qapağını örtün və 30 dəqiqə ərzində, yaxud toyuq bişənə qədər bişirin.
3. Sarımsaq, göyərti, acı bibər, zövqə görə duz-istiotu əlavə edin. Qapağı yenidən örtün və 5 dəqiqə də bişirin. Yemək hazırdır. Çörəklə süfrəyə verin.