2009-cu ildə Azərbaycanla bağlı 6 qərar qəbul edilib
Bu il ərzində Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı 6 qərar çıxarıb, bu qərarlardan biri qüvvəyə minib, beşi gələn il qüvvəyə minəcək.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov söyləyib.
Çingiz Əsgərov bildirib ki, 2009-cu il ərzində Avrora Məhkəməsinin çıxardığı qərarlar üzrə Azərbaycanın cəriməsi 60 min avroya yaxın olub.