Xəyalə Manaflı Gül ilə duet

Son güncelleme: 21.12.2009 10:59
  • noimage

    Gənc müğənni Xəyalə Manaflı telejurnalist Cavid Gül ilə duet oxuyub.

    Daha əvvəl televiziya layihələrində Yalçın Rzazadə, Rəşad İlyasov, Ayaz Qasımovla duetləri olan müğənni bu dəfə həmkarları ilə deyil, televizyonçu Cavid ilə duet oxumaq qərarına gəlib. Bu barədə Manaflı Lent.az-a açıqlamasında deyib: "Cavid Gül müğənni deyil. Lakin bir neçə klipin rejissoru olub, şeirlər yazır, gözəl ideyaları var. Sınaq etdim, uğurlu nəticə alındı. Mahnı türk mahnısıdır. Lakin Azərbaycanda o qədər də populyar deyil. Buna görə də çoxları elə düşünür ki Azərbaycan mahnısıdır".

    Müğənni duetini yaxın günlərdə efirə təqdim edəcək.

    Lalə Yusifqızı
#21.12.2009 10:59 0 0 0