Cefer Cabbarlı adına Azerbaycan Dövlet teatr muzey

Son güncelleme: 21.12.2009 12:39
  • Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934-cü ildə yaranmışdır. Burda elə nadir eksponatlar toplanıb ki, bu eksponatlar milli teatrın yaranma tarixi, təşəkkül dövrü, müxtəlif inkişaf mərhələləri, Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar haqqında bizə sanki ayna (güzgü) olur. Bu materiallar müxtəlif janrlı ilk teatr tamaşalarının proqram və afişalardan, aktyor və rejissorlara məxsus əlyazmalardan, məktublardan, rol dəftərlərindən, foto və neqativlərdən, geyim və dekorasiya eskizlərindən, səhnə kuklalarından, tamaşaların müxtəlif pərdələri üçün hazırlanmış səhnə tərtibatlarının maketlərindən, şəxsi əşya və rekvizitlərdən, teatr kostyumlarından və başqalarından ibarətdir. Muzeydə qorunan eksponatların əksəriyyəti orijinaldır və onların bir qismi xronoloji ardıcıllıqla muzeyin 7 zaldan ibarət ekspozisiyasında sərgilənir. 1873-cü ildə Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri" (Vəziri-xani- Lənkəran) komediyası əsasında oynanılmış ilk teatr tamaşasının afişası, 1926-cı ildə Şərq üslubunda oynanılmış "Hamlet" tamaşasınm kinolenti, Şərq aləmində 1908-ci ildə ilk opera "Leyli və Məcnun"un premyera-proqramı muzeyin ən qədim eksponatlarındandır. Muzeydə Mirzə Fətəli Axundova, Hüseyn Ərəblinskiyə, bəstəkar Üzeyir Hacıbəyova, Bülbülə, Şövkət Məmmədovaya həsr olunmuş güşələr də var.

#21.12.2009 12:39 0 0 0