Kökəlməmək üçün nə etməli

Son güncelleme: 25.12.2009 11:55
  • Artıq çəki dünyanın ən böyük problemlərindən biri sayılır. Artıq çəkiyə yol açan qeyri-sağlam qida, hərəkətsizlik barəsində çox yazılıb. Sən demə kökəlmənin başqa səbəbləri də var. Bunlar aşağıdakılardır:

    1.Yuxu problemi

    Araşdırmalar nəticəsində məlum olub ki, gündə 12 saatdan az yatan azyaşlı uşaqda gündə 12 saatdan artıq yatanlara nisbətən kökəlmə risqi 3,5 dəfə daha artıqdır. Alimlər bunu yuxuda olarkən aclığa səbəb olan hormonun səviyyəsinin düşməsi ilə izah edirlər. Çünki yuxuda bu hormon düşür və aclıq hissi yaranmır. Bu xüsusiyyət yaşlı insanlar üçün də keçərlidir. Yuxu öncəsi ilıq duş və bir stəkan süd içsəiniz rahat yuxuya qala bilərsiniz.

    2. Genetik miras

    Alimlər bildirirlər ki, bədəndə artıq çəkiyə yol açan 30-dan 100-ə qədər gen var. Onlar hamısı kökəlməyə təsir edirlər. Mütəxəssislər gələcəkdə bu genləri tənzimləyəcək dərmanların yarana biləcəyini istisna etmirlər. Amma o vaxta kimi qəbul ediləcək qidaya diqqət etmək vacibdir.

    3. Dərmanların təsiri

    Hamiləliyə nəzarət həblərinin artıq çəki yaratdığını bilirik. Əslində sadəcə bu həblər deyil, bir çox dərmanlar kökəlməyə yol açır. Məsələn bəzi depressiya dərmanları 3-4, təzyiq dərmanları 2, diabet dərmanları isə 3-4 kq artıq çəkiyə səbəb ola bilir. Bunun üçün xüsusilə şəkərli diabetdən əziyyət çəkənlər müalicə vaxtı idmanla məşğul olmalıdırlar.

    4. Kondisionerlər

    Gün ərzində demək olar ki, biz əsasən kondisionerlər vasitəsilə sabit temperaturu olan otaqlarda oluruq. Bu hərarət 26 dərəcə civarında olur. Bu isə kalori yandırılması üçün əlverişsizdir. Bunun üçün bədənin temperaturunu dəyişin. Məsələn, saunaya gedin, sonra soyuq su olan hovuzda üzün. Hətta bəzən pəncərələri açıq qoyaraq yatmaqdan qorxmayın.

    5. Evlənmək

    Evlənmək həm kişilər, həm də qadınların yemək vərdişlərinin dəyişməsinə səbəb olur. Bu həm təcrübə, həm də elmi yolla sübut edilib. İngiltərənin Nyukasl Universitetinin mütəxəssisləri ailə həyatı quran kişilərin daha sağlam qidalandığını müəyyən ediblər. Qadınlar isə bu məsələyə qeyri-ciddi yanaşırlar ki, bu da onların kökəlməsi ilə nəticələnir. Onlar bunu qadınların ət və çox qida qəbul eləmələri, stresə daha yaxın olmaları ilə izah edirlər.

    6.Nikotin

    Siqareti tərgitmək sağlamlıq üçün vacib addımdır. Amma təəssüf ki, siqaret özündən sonra da insan orqanizminə ziyan vurmaqda davam edir.
    Amerikanın Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, siqareti tərk edəndən sonra bədənin çəkisi artır. Məsələn bir adamın 2-6 kq artıq çəkisi varsa, siqareti atandan sonra bu 7-8 kq olur. Çünki nikotin iştahı kəsir. Bunun üçün mütəxəssislər siqareti atandan sonrakı ilk 6 ay ərzində çəkiyə xüsusi diqqət yetirməyi məsləhət bilirlər.

    7. Yaş

    İnsan 20 yaşına kimi hər ay ən azı 300 qram kökəlir. 25-30 yaşlarda artıq çəki artmağa başlayır. Bu 40 yaşına kimi belə davam edir. Bunun üçün yaşlandıqca fiziki hərəkətlərə, idmana önəm artırılmalıdır.

    8.Stres

    Özəlliklə qadınlar stres zamanı sürətlə artıq çəki toplayırlar. Stresdən qurtulmaq üçün dərdinizi bölüşmək və ya hisslərinizi yazmaq bu vəziyyətdən ən yaxşı çıxış yoludur. Boston Universitetində aparılan araşdırmaya görə, gərginlikdən qurtulmağın ən yaxşı yolu onunla mübarizə aparmaqdır.Kökəlməmək üçün nə etməli
#21.12.2009 19:05 0 0 0
  • saolun
#25.12.2009 11:55 0 0 0