Sükan təhsili
İl 1993. Sevgilimə (hal hazırda arvadımdır) avtomobil istifadə etməni öyrədirəm. Bakının o zamanki halını bilənlər bilər.
Sakit... Stress olmasın çaxnaşma olmasın deyə çox qarışmamağa çalışıram. Ayrıca çox sakit bir səs tonuyla danışıram. Dirəyə 3 santimetr qalmış keçir mənim gözəl sevgilim. "Dirəyə çox yaxın keçdin həyatım." deyirəm. Cavab "Hansı dirəyə?"
Cadaloz qaynana
İş yoldaşımın toyundayıq. Nikah qıyılır imzalar atılır gəlin və kürəkəni təbrik etmək üçün ayağa qalxıldığında elektriklər kəsilir. Biz hamı birlikdə "Aaaa!" deyə reaksiya verərkən yoldaşımın anası olduqca yüksək səslə düşüncəsini dilə gətirir. "Oğulumun daha ilk dəqiqədən həyatı qarardı."
Geyim tərzi
Göy pencəyi boz şalvarı qəhvərəngi ayaqqabısı və qara kəmərini bir yerdə geyən atama anamın şərhi: "Yığılma kompüter kimi olmusan!"
İtkin axtarılır
Çox sevdiyimiz babamı infakt nəticəsində itirdik. Sevilən bir biznesmen olması səbəbiylə cənazəsinə olduqca çox adam qatıldı. Biz başsağlığıları qəbul edərkən uzun müddətdir görmədiyim bir yoldaşım məni gördü və gəldi. "Bu sıxlıq da nə belə?" deyə soruşduqda çox normal bir şəkildə "Babamı itirdik." dedim. Cavabı: ''Bu qədər insan bura toplaşıb hələ tapa bilmədinizmi?''
Potensial müştəri
Qırmızı işıqda dayandığım anda yanımdan iki motoshikletli işıq sürətində və tək təkər üzərində keçdi. Mən ağızım açıq hadisəsni izlərkən yanıma yanaşan təcili yardımından həkim şüşəsni açdı və mənə: ''Gördünmü bizim müştəriləri... Ey maşallah!'' dedi
Həvəsli
Qardaşıma avtomobil istifadə etməyi öyrədirəm. Çox həvəsli... Mənə; "Böyük qardaş çox asandı eyni kompüter oyunu kimi!" deyir. Cavabım; "Hııı... Amma tək canın var..."
Avtomobil sevdası
Anam avtomobilini çox sevir. Bu yaxınlarda avtomobili dəymiş və farası qırılmış. Atamın izah etdiyinə görə yol polisinin qarşısında "Balamın gözü çıxdı oy oyy oyy!" deyə ağladığı üçün polislər həyəcanlanıb təcili yardım çağırmışlar.
Köpük köpük
8 yaşımdakı bacım oğlu "Dayı necə olur da rəngli sabundan ağ köpük çıxır?" deyə soruşdu. "Dayan bir düşünüm." dedim hələdə düşünürəm...
Halallıq
Tətilə gedən həyat dolu yaşlı xalamız guya halallaşır. "Haydı uşağım haqqınızı halal edin həyat bu; siz ölərsiniz mən görə bilmərəm və ya siz kor olarsınız məni görə bilməzsiniz..."
Nur topu
İş yerində sırğa taxan kişi yoldaşımıza atasından şərh: "Bir zamanlar nur topu kimi oğulum vardı; nuru getdi topu qaldı!"
Uşaqlar kimdən?
Anamla atam mübahisə edir. Mübahisə əsnasında anamın başı o qədər çox qarışır ki özünü aldatmaqla günahlandırdığı atama "O uşaqlar məndənmi??" deyir! Onsuz da mübahisə o anda bitir gülməkdən təbii.
Səhv telefon
İşə gedərkən cib telefonumu evdə unutmuşdum amma televiziyanın pultunu götürmüşəm.