500 milyon dollar kimə qalacaq

Son güncelleme:
  • ABŞ şirkəti və İspaniya hökuməti batmış gəmidən çıxan xəzinəni bölüşdürə bilmir

    ABŞ-ın Florida ştatının məhkəməsi "Odyssey Marine Exploration" şirkətinin Atlantik okeanda tapdığı 500 milyon dollar dəyərində xəzinənin İspaniyaya təhvil verilməsi barədə qərar çıxarıb.
    Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Atlantik okeanında xəzinə axtaran "Odyssey Marine Exploration" şirkətinin gəmisi 2007-ci ildə batan bir gəmidə çəkisi 17 ton olan 600 min gümüş və qızıl sikkə aşkarlayıb.


    Xəzinənin tapıldığı gəmi "Nuestra senora de las Mercedes" adlanır və bu gəmi 1804-cü ildə ingilis donanması tərəfindən batırılıb. Amerika şirkəti 2007-ci ildə tapdığı həmin xəzinəni İspaniya hökumətinin xəbəri olmadan Floridaya aparıb. İspaniya hökuməti isə şirkəti məhkəməyə verib.


    Florida məhkəməsinin qərarına görə, "Odyssey Marine Exploration" şirkəti 10 gün ərzində 500 milyon dəyərində olan xəzinəni İspaniya hökumətinə təhvil verməlidir. Ancaq şirkət məhkəmənin bu qərarıyla razılaşmır və daha yuxarı məhkəmə instansiyalarına müraciət etməyə hazırlaşır.

    Qaynaq:LENT.AZ
0 0 0