Ebru Gündəş Rza Zərrabdan uşaq gözləyir

Son güncelleme: 26.12.2009 10:42
  • Müğənni Azərbaycan əsilli sevgilisi ilə kəbin kəsdirib

    Azərbaycan əsilli iş adamı Rza Zərrabla birgə olan məşhur müğənni Ebru Gündəş hamilədir. Lent.az-ın "ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, Ebru Gündəş hamilə qaldığı üçün sevgilisiylə imam nikahı kəsdirib.


    Saytın yazdığına görə, müğənninin hamilə olduğunu ən yaxın dostları istisna olmaqla, heç kim bilməyib. Ebru Gündəş keçən həftə xəstəxanada müayinədən keçərkən hamilə olduğunu öyrənib. Bu xoş xəbəri alan cütlük dərhal Rza Zərrabın Şişlidəki evində kəbin kəsdirib.


    Həmin vaxt orada yalnız müğənninin bir neçə ən yaxın dostu olub. Yaxın vaxtlarda cütlüyün rəsmi nikah törəni keçirəcəyi bildirilir.

    Qaynaq:LENT.AZ
#26.12.2009 10:42 0 0 0