Erməni snayperinin açdığı atəş hərbçinin ürəyinə dəyib.
Azərbaycan Milli Ordusunun əsgəri şəhid olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçən 18 yaşlı Ramin Niftəliyev ermənilərin atəşkəsi pozması nəticəsində ölüb. Erməni snayperinin açdığı atəş onun ürəyinə dəyib.
R. Niftəliyev 2009-cu ilin yanvar ayında Qusar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Mərhumun cənazəsi bu gün Qusar rayonunun Hil kəndinə gətirilib. Rayon Hərbi Komissarlığı və İcra Hakimiyyəti onun şəhid olmasını təsdiqləyib.