Ard-arda Kurtlar vadisi İraq, Muro və Kurtlar Vadisi Gladio filmləriylə gündəmə gələn Pana film bu dəfə serialın sevilən qəhrəmanı Mematinin filmini çəkməyə hazırlaşır
Mematinin uşaqlığından başlayaraq, Polad ilə qarşılaşdığı ana qədər olan zaman kəsiyini əks etdirəcək filmdə iştirak etməsi üçün, Pana Film nümayəndələri Süleyman Çakır obrazıyla sevilən Oktay Kaynarca ilə razılığa gəlməyə çalışır. Muro və Gladionun tam əksinə, Mematinin həyatından bəhs edəcək filmdə Abdulhey (Kənan Çoban) və Polad Ələmdar (Nəcati Şaşmaz) da rol alacaq. Pana film nümayəndələri uzun müddətdir ki, Kurtlar Vadisi pərəstişkarlarından Memati haqqında filmin çəkilməsinə dair maillər və məktublar aldığını bildirib. Təkidləri nəzərə alan Pana Film, nəhayət filmi çəkməyi qərara alıb.