Simurğ Qaf dağında yaşayırdı. O, beş yüz ildən bir uçub Misirə gedir, günəş Allahı Ranın mə`bədinə qonurdu. Lakin Simurğun baxtı gətirmirdi. Mə`bədə çatan kimi onu tutub yandırırdılar. Simurğ oddan-alovdan qorxmurdu. Hər dəfə atəşə atılsa da, külün içərisindən dirilib çıxır, qırx gün Misirdə qalandan sonra uçub Qaf dağına gedirdi.
Mənbə: "Dünya uşaq ədəbiyyatı kitabxanası" silsiləsindən, "El çələngi", toplayıb tərtib edənlər: filologiya elmləri namizədləri: Təhmasib Fərzəliyev, İsrafil Abbasov