Qəlbimə yol - Zülfiyyə Xanbabayeva

Son güncelleme: 02.01.2010 13:33
  • Qəlbimə yol Mahnı Sözleri
    Mən yuxusuz qalaram
    Mən dənizə baxaram
    Ləpələri sayaram
    Bir az şərbət süzərəm
    Qurtum-qurtum içərəm
    Sevgi arzu edərəm

    Mən sevgidən bezmişəm
    Sevgi qalarmi cavabsız ?
    Mən yuxusuz qalmışam
    Demək qalmışam çarəsiz

    Qəlbinə bir yol taparam
    Şamları mən yandıraram
    Mən onu ovsunlayaram
    Qəlbinə bir yol taparam
    Sevgiyə sevgi qataram
    Qəlbini mən oyadaram
    Çarəsizəm


    Gözlərindən öpərəm
    Yuxusuna girərəm
    Şirin sözlər deyərəm
    Onu mən oyadaram
    Gözlərinə baxaram
    Mən qəlbini alaram

    Mən sevgidən bezmişəm
    Sevgi qalarmi cavabsız ?
    Mən yuxusuz qalmışam
    Demək qalmışam çarəsiz

    Qəlbinə bir yol taparam
    Şamları mən yandıraram
    Mən onu ovsunlayaram
    Qəlbinə bir yol taparam
    Sevgiyə sevgi qataram
    Qəlbini mən oyadaram
    Çarəsizəm
#02.01.2010 13:33 0 0 0