Bir dost digərinə:
-Sənin ayaqqabılarının biri niyə sarı, o biri qırmızıdır?
-Bilmirəm, evdəki də belədir
Birgün birŞəkilinin anası ölür. Cənazə namazında buna deyirlər gəl sən də namaz qıl.Deyir:
-Ə yox mən cənazə namazı qıla bilmirəm.
Üstündən biraz keçmiş həmin şəkilinin qayınanası ölür. Bu dəfə cənazə namazında ən qabaqda dayanır.Deyirlər:
-Ə noldu bəs diyirdin mən cənazə namazı qıla bilmirəm
Şəkili deyir:
-Ə habı cənazə namazı döyül bayram namazıdır
Uzun müddət xəstə olan anaya oğlundan başqa heç kim baxmır. Bir sözlə, xəstəyə ancaq oğul qulluq edir. Oğlan hər gün anasını səbətə qoyub iş yerinə, sahəyə aparır. Oğlan ananın rahatlığını düzəltdikdən sonra sahədəki işini görür. İşdən sonra isə ananı səbətə qoyub evə qaytarır.
Bir gün işə gedəndə rastına çıxan molla oğlana deyir:
-Sən niyə hər gün ananı səbətlə aparıb-gətirirsən?
Oğlan deyir:
-Anam xəstədir. Ona qulluq etməyə başqa adam yoxdur. Sağalmır ki, sağalmır.
Molla deyir:
-Anan sağalmırsa, onda onu ərə ver.
Oğlan cavab verir:
-Ona heç bir şey kar eləməz.
Ana tələsik səbətdən əlini çıxarır, oğlunun başına bir qapaz vurub deyir:
-Sən o kişidən çox bilmirsən ki