Yaşayış evində baş vermiş partlayışa qaz sızması səbəb olub
Bu gün axşam saat 21 radələrində Azərbaycanın Göyçay rayonunda yaşayış evində partlayış baş verib. Göyçay rayon Yanğından Mühafizə Xidmətindən APA-nın Aran bürosuna verilən məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospekti 217 ünvanında yerləşən ikimərtəbəli yaşayış binasında Dəmirov Qorxmaz Sədiyar oğluna məxsus mənzildə qeydə alınıb.
Belə ki, Q. Dəmirov evə daxil olaraq işığı yandıran zaman partlayış baş verib. İlkin məlumata görə, partlayış qaz sızmasından olub.
Nəticədə Q. Dəmirov yaralanıb.
Partlayış nəticəsində mənzil və Q. Dəmirova məxsus, balkonun altında saxlanılmış VAZ 2107 markalı maşın yararsız vəziyyətə düşüb.