Qalxsana Ana

Son güncelleme:
  • Qalxsana Ana !
    Bu məktubu soyuq məzar daşına oturub
    təzə torpağını ovuclarımda parçalayaraq yazıram anam.
    Hava bir az yağışlı.
    və yağış gözyaşlarımı da alıb sürüyür ana.
    Halbuki;
    Yağışın yağmurunu pəncərə qarşısında birlikdə seyr edərdik səninlə.
    Çiyninə qoyardım başımı
    nədə gözəl iy verərdin.
    Yanındaykən özümü elə etibarda hiss edərdim ki ana.
    Xəyal kimi amma xatırlayıram.
    Hər gecə üzərimi örtməyə gəlirdin yavaşca.
    Çiyinlərimə qədər örtüb yorğanı
    sonra da yanağımdan öpərdin isti.
    Bilirsənmi ana?
    Əslində mən yatmadan gözləyərdim o gəlişlərini.
    İsti idi nəfəsin
    hələ o batıq səsinlə "canım balam" deyişin
    hələ qulaqlarımda.
    Əslində ən səmimi yoldaşımız sən idin ana.
    Oturub dərdimizi dinlərdin.
    Onsuz da heç bir şey saxlaya bilməzdik səndən;
    ana idin nə də olsa hiss edərdin.

    Küçədə dəcəllik edib qaçaraq evə gəlirdim.
    Atamın gəlməsinə yaxın
    qorxumdan yatardım dərhal.
    Atama şikayət edərsən deyə qorxardım
    amma söyləməzdin.
    Mən zarafatyana yatır kimi edirdim ana
    sonra da qalxardım şikayət etmədiyini anlayınca.
    Nə olar ana səndə mənim kimi zarafat etdim de.
    Az sonra qalxacaqsan kimi gəlir yatdığın yerdən.
    Nə olar; nə olar qalxsana ana.
    Cənnət sənin ayaqlarının altında;
    Halbuki biz daha o müqəddəs ayaqlarını öpə bilmədik.
    Getmə ana
    beləsinə vaxtsız beləsinə amansız getmə.
    Biz daha cənnəti haqq edə bilmədik
    Cənnəti haqq edə bilmədik ana.
    İndi bax;
    geyinib qurşanıb baş qaldırdım dağlara inad.
    Amma sən arxamda yoxkən
    mən özümü yazıq hiss edirəm ana.
    Qalxsana ana;
    Yenə arxamdakı dağım ol
    yolumu gözləyənim gözyaşımı silənim ol ana.
    Dağlar yıxılmaz düşünərdim;
    Məgər yıxılarmış məgər yıxılarmış ana.

    Heç unutmaram.
    Böyük qardaşım əsgərdə idi.
    Sən sinəni gərə gərə başın dimdik
    "əsgər anasıyam" deyərdin qonşuya.
    İçində də həmişə gizli gizli için-için ağlardın.
    Biz gizli ağlamanı unutduq ana.
    Hıçqırıqlara boğulduq
    gözyaşlarımıza yağışlar ağlar oldu ana.
    Nə olar; nə olar qalxsana ana.
    Daha halallığını ala bilmədik
    Daha qoxuna doya bilmədik
    Daha doya qucaqlaşa bilmədik
    Qalxsana ana.
    Cənnət ayaqlarının altında idi.
    Biz daha
    Cənnəti haqq edə bilmədik ana.
    Biz daha;
    Cənnəti haqq edə bilmədik...!

    Alinti
0 0 0