Zaqatala Rayonu

Son güncelleme: 04.01.2010 23:29
  • Qəsəbələr / Kəndlər

    Car, Göyəm, Mazıx, Maqov, Danaçı, Əli-bayramli, Dombabinə, Yuxarı Tala, Aşağı Tala, Muxax, Yuxarı Çardaxlar, Çobankol, Gözbarax, Suvagil, Bəhmətli, Lahıc, Mosul, Yengiyan, Qandax, Muğanlı, Əliabad, ....

    Zaqatala inzibati rayonu (yaranma tarixi 08.08.1930), Azərbaycan Respublikasının şimali-qərbində, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Qərbdən Balakən rayonu, şərqdən Qax rayonu, şimaldan Qafqaz dağları boyunca Rusiya Federasiyası, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəddir. İnzibati ərazi bölgüsü -1 şəhər, 2 qəsəbə, 59 kənd. Mərkəzi, Zaqatala şəhəri - əhalisi 20600 nəfər. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir.

    Ərazisi 1348 kv. km.-dir. Əhalisi 113806 nəfər, əsasən azərbaycanlılardır. Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır.

    Zaqatala rayonu, RİHB, onun ərazi İcra nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir.

    Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir.

    İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır.

    Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1929-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və s. göstərmək olar.
#04.01.2010 23:29 0 0 0