Milli mətbuat günü

Son güncelleme:
  • 134 il bundan öncə,yəni 1875-ci il iyulun 22-də böyük maarifpərvər ziyalı H. Zərdabinin "Əkinçi"si ilə özünə ilk cığır açan Azərbaycan mətbuatı fədakar qələm sahibləri C.Məmmədquluzadənin, Ö.F. Nemanzadənin, M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin, M. Şahtaxtlının və onların yaratdıqları "Molla Nəsrəddin", " Açıq söz", "Şərqi-Rus" və digər məətbə orqanlarının simasında uzun, keşməkeşli, eyni zamanda şərəfli bir yol keçib. Təqib və repressiyalarla dolu olan bu yolda neçə-neçə qüdrətli qələm sahibləri Azərbaycan mətbuatının inkişafının bu günü və sabahı üçün hələ uzun müddət sözün əsl mənasında nümunə ola biləcək bir məktəbin əsasını qoydular. Elə bir məktəb ki, ilk növbə də Azərbaycan xalqının maariflənməsində, mill varlığının, adət-ənənələrinin qorunub-saxlanılmasında göstərdiyi müstəsna xidmətlərinə görə Azərbaycan tarixinin mühüm bir mərhələsini təşkil edir.
    Bünövrəsi sağlam milli ideoloji əsaslar üzərində qurulduğuna görə, Azərbaycan mətbuatı 70 illik sovet imperiyası dövründə müəyyən aşınmalara məruz qalsa da, bütövlükdə öz potensialını qoruyub saxlaya bildi.
    20-ci əsrin sonunda Azərbaycanın ikinci dəfə müstəqilliyini qazanması mətbuatı da öz azadlığına qovuşdurdu. Bu gün müstəqilliyimizin qazanılmasında , onun qorunub-saxlanılmasında müstəsna xıdmətlər göstərmiş, bu yolda təqib və represiyalarla üzləşmiş Azérbaycan mətbuatı özü də daim axtarışda, yeniləşməkdə və inkişafdadır. Azad, demokratik, dünyəvi cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərən mətbuatın müstəqil ictimai fikrin, düşüncə tərzinin formalaşmasında da özünəməxsus xidmətləri var.
0 0 0